Türkmənistan qaz hasilatını 9 faiz artıracaq
Tarix: 13.01.2015 | Saat: 23:23:00 | E-mail | Çapa göndər


Qaz ehtiyatlarına görə Rusiya, İran və Qətərdən sonra dördüncü yeri tutan Türkmənistan 2015-ci ildə hasilatı 9 faiz, yəni 83,8 milyard kubmetrədək artıracaq.
“Vestifinance.ru” saytı xəbər verir ki, Nazirlər Kabinetinin geniş iclasında çıxış edən Prezident Qurbanqulu Berdıməhəmmədov neft-qaz sənayesi rəhbərlərinə maye qaz istehsalının və ixracının artırılması, strateji Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan qaz kəmərinin tikintisinin sürətləndirilməsi barədə göstərişlər verib. Prezidentə aid saytda, həmçinin xaricə 48 milyard kubmetr qaz ixrac olunacağı da qeyd edilir.
Türkmənistan hökumətinin məlumatına görə, xammal bazasının möhkəmləndirilməsinə və milli iqtisadiyyatın enerji sahəsində ixrac potensialının artırılmasına imkan verən bir çox layihələr üzərində iş aparılır. Bu məqsədlə, hazırda ölkənin şərqində yerləşən “Qalkınış” qaz yatağının istismarı üzrə işlər görülür, Ahal vilayətində neft və təbii emalı zavodu qurulur, “Şərq-Qərb” qaz kəmərinin və digər neft-qaz komplekslərinin tikintisi və istismara verilməsi nəzərdə tutulur.




 
Bölməyə aid digər xəbərlər
17.08.2019
Yeddi ayda 5 min tonadək süd idxal edilib
17.08.2019
Yeddi ayda 189 min tonadək meyvə-tərəvəz idxal olunub
17.08.2019
“Azeri Light”ın bir barrelinin qiyməti 62 dollara çatır
17.08.2019
Bu il Azərbaycanın əsas kapitalına 7 milyard manatdan çox vəsait yönəldilib
16.08.2019
Qara metallar və onlardan hazırlanan məmulatların ixrac dəyəri 37,6 milyon dollar olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10858

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
4 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info