“Sərnişin avtobuslarında gediş haqqının artımı gündəmdə deyil”
Tarix: 13.01.2015 | Saat: 23:32:00 | E-mail | Çapa göndər


“İctimai nəqliyyatda gediş haqları qaldırılmayacaq. Nəqliyyat Nazirliyi bununla bağlı Tarif Şurasına müraciət etməyib”. Bu sözləri Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov AzərTAc-a müsahibəsində bildirib.
“Yanvarın 13-dən etibarən benzinin və dizel yanacağının qiymətinin artmasına baxmayaraq, ictimai nəqliyyatda gediş haqlarının qaldırılması gözlənilmir. Əslində, sahibkarlar da qiymət artımı üçün bizə müraciət edirlər. Nəqliyyat Nazirliyi ötən il qiymət artımı ilə bağlı bir dəfə müraciət etmişdi. Ancaq Tarif Şurası qiymət artımını münasib bilməmişdi. Ondan sonra Nəqliyyat Nazirliyi tərəfindən qiymət artımı ilə bağlı hər hansı müraciət edilməyib. Bu baxımdan deyə bilərəm ki, sərnişin avtobuslarında gediş haqlarının artımı gündəmdə deyil”, - deyə N.Həsənov vurğulayıb.
Qeyd edək ki, 2015-ci il 13 yanvar tarixindən etibarən Azərbaycanda Tarif Şurasının qərarı ilə yol vergisi əlavə olunmaqla, Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 72 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 62 qəpik müəyyən edilib.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info