Yanukoviç və yaxın ətrafının vəsaitlərinə həbs qoyulub
Tarix: 14.01.2015 | Saat: 15:41:00 | E-mail | Çapa göndər


Ukraynanın daxili işlər naziri Arsen Avakov ölkədən qaçmış keçmiş prezident Viktor Yanukoviç üzərində qiyabi məhkəmə prosesi keçirilməsi təklifi ilə çıxış edib.
A. Avakov özünün “Facebook” səhifəsində yazıb ki, V. Yanukoviçlə bağlı qiyabi məhkəmə prosesi keçirərək onun və yaxın ətrafının hazırda həbs qoyulmuş maliyyə vəsaitlərini dövlət büdcəsinə köçürmək lazımdır: “Baş Prokurorluq və Ədliyyə Nazirliyi Yanukoviç və komandası üzərində qiyabi məhkəmə keçirilməsini əngəlləyən bürokratik maneələrin aradan qaldırılması və onların yaxalanmasını gözləmədən həbs qoyulmuş aktivlərinin dövlətə qazandırılması üçün parlamentə xırda düzəlişlər təklif ediblər. Bu aktivlər xalqdan oğurlanıb”.
A. Avakov V. Yanukoviç və yaxın ətrafına məxsus olan, hazırda Ukrayna güc strukturları tərəfindən həbs qoyulmuş maliyyə vəsaitləri və qiymətli kağızların miqdarını da açıqlayıb: xarici ölkələrdə 2 milyard dollar, Ukrayna daxilində 1,8 milyard dollar və 6 milyard qrivna. Nazir bildirib ki, daşınmaz əmlak və müxtəlif şirkətlərdə paylar bura daxil deyil: “Həbs qoyulan pullar Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyinin büdcəsindən çoxdur. Qoy liberallar məni qınasınlar, lakin deməliyəm ki, Ukraynanın bu pulları ölkə büdcəsinə qazandıracaq məhkəmə qərarına çox ehtiyacı var. Qiyabi məhkəmə bu qərarın ədalətini əksiltməz”.
Xatırladaq ki, hazırda Rusiyada olan Viktor Yanukoviç və oğlu Aleksandr Yanukoviç haqqında İnterpol xətti ilə beynəlxalq axtarış elan olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Peskov: “KTMT-yə üzv dövlətlər arasında müəyyən fikir ayrılıqları var”
22.02.2019
Çin, Rusiya və Hindistan XİN rəhbərlərinin növbəti üçtərəfli görüşü keçiriləcək
22.02.2019
AKP-nin Türkiyə parlamenti sədrliyinə namizədinin adı bəlli oldu
21.02.2019
İranın Hərbi Dəniz Qüvvələri genişmiqyaslı təlimlərə başlayıb
21.02.2019
Paşinyan yeni müxalifət formalaşdırmaq istəyir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info