AFR Prezidenti ölkə müsəlmanlarına təşəkkür etdi
Tarix: 14.01.2015 | Saat: 17:32:00 | E-mail | Çapa göndər


Berlindəki Brandenburq darvazalarının yaxınlığında “Terror əleyhinə nümayiş” aksiyası keçirilib. Almaniya paytaxtının mərkəzində kansler Angela Merkel və nazirlər də daxil olmaqla 10 minə yaxın insan toplaşıb. Müsəlman icmasının başçısı AFR-də cəmiyyətin parçalanmasının yolverilməz olduğunu bildirib.
AFR Prezidenti Yoahim Hauk aksiyada çıxış edib. O bildirib ki, Fransada terror aktları törədənlərin məqsədi azad Fransa cəmiyyətini parçalamaq idi, lakin nəticə bunun əksi olub. Haukun sözlərinə görə, Almaniyadakı müsəlmanların əksəriyyəti özlərini azad alman cəmiyyətinin tərkib hissəsi hesab edir və bu cəmiyyəti dəstəkləməyə hazırdır. Prezident bu ölkədə yaşayan, “burada və indi “Terroru bizim adımızdan törətməsinlər!” deyən” islam nümayəndələrinin vətənpərvərliyinə görə onlara təşəkkürünü bildirib.
”dpa” agentliyinin verdiyi məlumata görə, AFR Prezidenti “immiqrantlarla yerli əhali arasında distansiya”nın yetərincə sürətlə azalmadığını qeyd edib. Almaniya Müsəlmanları Mərkəzi Şurası və Berlindəki Türk İcması bu yaxınlarda Parisdə törədilmiş terror aktları ilə əlaqədar tolerantlığın, söz və dini etiqad azadlığının dəstəklənməsinə yönəlmiş tədbirdə iştirak etməyə çağırıblar.

Tural




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
Əfqanıstan prezidentinin mitinqində BOMBALAR PARTLADI
17.09.2019
İsraildə parlament seçkiləri keçirilir
17.09.2019
BƏƏ-yə məxsus gəmi İran tərəfindən saxlanıldı
16.09.2019
Dünyanın ilk üzən nüvə elektrik enerjisi stansiyası Pevek şəhərinə çatdı
16.09.2019
Ursula fon der Lyayen: “Xarici güclərin müdaxiləsi Avropa üçün təhlükədir”

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş
5 5 mindən artıq müəllimin maaşı 1000 manatı ötüb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info