İlk Avropa Oyunları ilə bağlı Bakıda Fan-Klub yaradılıb
Tarix: 14.01.2015 | Saat: 17:54:00 | E-mail | Çapa göndər


Hikmət Cavadov: “Fan-Klub həm Bakıya gələcək ukraynalı idmançılara dəstək verəcək, həm də Bakı 2015 Avropa Oyunlarının Ukraynada təbliğatını aparacaq”

Azərbaycanda keçiriləcək Bakı 2015 Avropa Oyunlarında iştirak edəcək Ukrayna idmançılarına dəstək məqsədi ilə Bakıda Fan-Klub yaradılıb. Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun təşəbbüsü ilə yaradılan Fan-Klub həm Bakıya gələcək ukraynalı idmançılara dəstək verəcək, həm də Bakı 2015 Avropa Oyunlarının Ukraynada təbliğatını aparacaq.
Hazırda Bakıda səfərdə olan Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov bildirib ki, bundan sonrakı fəaliyyətləri mərhələli şəkildə olacaq və ilk növbədə Fan-Kluba Azərbaycanın tanınmış mədəniyyət, incəsənət, media və idman sahəsində fəaliyyət göstərən şəxsləri cəlb edəcəklər: “Düşünürük ki, Ukrayna idmançıları Bakıda - öz evlərində oynayacaqlar. Bizim ölkə qonağa hər zaman yüksək hörmət və ehtiram göstərib. Bu məqsədlə Bakıda bir sıra görüşlər keçirdik, Azərbaycanın tanınmış adamlarının bu Fan-Kluba dəstək vermələrinin razılığını aldıq”.
H.Cavadov əlavə edib ki, ukraynalı idmançıları dəstəkləyəcək azərbaycanlı Fan-Klub üzvləri üçün Bakıda 500-dən çox bayraq sifariş veriblər. Onun sözlərinə görə, belə olan halda ukraynalıların oradan Bakıya bayraq gətirmələrinə də ehtiyac qalmayacaq: “Əlbəttə, tədbirlərimiz bununla yekunlaşmır. Bakı 2015 Avropa Oyunlarını Ukraynada təbliğ etmək və ölkəmizə turist cəlb etmək üçün Kiyev başda olmaqla digər şəhərlərdə PR kampaniya aparacağıq. Düşünürük ki, Bakı 2015 Avropa Oyunları Azərbaycan mədəniyyətini və ənənələrini bütün dünyaya tanıdacaq, ev sahibi olan Bakı müasir Avropanın həyatındakı rolunu əks etdirəcək, o cümlədən yarışlarda iştirak edəcək bütün idmançıların qürur hissi duymasına səbəb olacaq”.
Diaspor rəhbəri hesab edir ki, Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycanın dünyada təbliğ edilməsi üçün tarixi şans yaradıb: “Əlbəttə, bu şansdan yararlanmaq üçün Azərbaycan hökuməti, aidiyyəti qurumlar öz işlərini görürlər və mənim bildiyimə görə, bir çox maraqlı layihələr var. Lakin hesab edirəm ki, diaspor təşkilatları da bu prosesdə fəal iştirak etməlidir. Diasporlarımız fəaliyyət göstərdikləri ölkələrin idmançılarına bu cür dəstək kampaniyası təşkil etməklə, onların Bakıda özlərini evlərindəki kimi hiss eləməyə yardımçı olmaqla yanaşı, həmin ölkə vətəndaşlarının Azərbaycanla bağlı fikirlərini müsbətə doğru dəyişmək imkanı qazanır. Nəzərə almaq lazımdır ki, biz müharibə şəraitində yaşayırıq və torpaqlarımızın bir hissəsi hələ də düşmən işğalındadır. Onu da bilirik ki, işğalçı dövlət özünün “yazıq” obrazını yaratmaq üçün çox güclü təbliğat maşınını işə salıb, Azərbaycanın imicinə zərbə vurmaqla məşğuldur. Hesab edirəm ki, biz ayrı-ayrı ölkələrdə Bakı 2015 Avropa Oyunlarının təbliği ilə düzgün məşğul olsaq, bu “maşının” qarşısını müəyyən qədər ala bilərik, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına nail olarıq. Bütün bunları nəzərə alaraq, mən fəaliyyət göstərdiyim Ukraynada belə bir layihəyə start verdim. Bu işə bütün diaspor təşkilatlarını dəvət edirəm və Azərbaycan mediasından, tanınmış insanlarda dəstək istəyirəm. Düşünürəm ki, bu aksiya həmçinin qardaş Ukraynanın çətin günlərində ona dəstək də ola bilər”.


Fuad




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info