Rus hərbçi Ermənistandakı qətli “təsadüfən” törətdiyini bildirib
Tarix: 14.01.2015 | Saat: 18:24:00 | E-mail | Çapa göndər


Ermənistanın Gümrü şəhərində bir ailənin altı üzvünü öldürən rus hərbçisi Valeri Permyakov qətli “təsadüfən” törətdiyini bildirib.
”Kommersant” qəzeti xəbər verir ki, Rusiyanın Ermənistandakı bazasının hərbi qulluqçusu V.Permyakov Avetisyanlar ailəsinin üzvlərini öldürdüyünü etiraf edərkən deyib ki, hərbi hissədən xidmət etmək istəmədiyi üçün qaçıb. Su içmək üçün şəxsi evlərdən birinin həyətinə girib. Həyətdə su axtardığı vaxt bir qadın onu səsləyib. Qadının komandanlığa məlumat verəcəyindən qorxaraq onu güllə ilə vurub. Sonra evə girərək ailənin qalan üzvlərini öldürüb. Növbə iki yaşlı qıza çatanda, avtomatı kilidləndiyindən onu süngü ilə vurub. Evdəkilərdən yalnız 6 aylıq körpə sağ qalıb. Uşaq döş qəfəsi nahiyəsindəki deşilmiş yaralarla xəstəxanaya yerləşdirilib.
İstintaq Komitəsindən verilən məlumata görə, hərbçi Ermənistan-Türkiyə sərhədini keçmək istəyərkən tutulub. Yayılan məlumatlara görə, V.Permyakov Ermənistan tərəfinə verilməyəcək. İstintaqı iki ölkənin hüquq mühafizə orqanlarının “sıx qarşılıqlı əlaqədə” aparacağı bildirilir.

Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10472

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info