Aleksey Ulyukayev: “Barellər, sanksiyalar, bunlar keçicidir”
Tarix: 14.01.2015 | Saat: 18:37:00 | E-mail | Çapa göndər


“Rusiya iqtisadiyyatı üçün rahat inkişaf dövrü dönməz şəkildə arxada qalıb”.
Bu sözləri Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Aleksey Ulyukayev Moskvada keçirilən Qaydar Forumundan jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, inkişaf dövrü daha kəskin, daha statik və münaqişəli dövrlə əvəzlənib: “Ona görə də neftin istər 130 dollar olduğu, istərsə də 30 dollar olduğu situasiyada bizim tədbirlərimiz buna adekvat olmalıdır”. Nazir Rusiyanın suveren reytinqinin böyük ehtimalla “S&P” (Standard & Poor’s) agentliyi tərəfindən aşağı salınacağını qeyd edib. O, Rusiya əhalisinə böhranlı dövrdə sakit qalmağı məsləhət görüb: “Ən başlıcası, mənəvi rahatlığı qorumaq, ailədə möhkəm arxa-dayağa sahib olmaq və hər şeydən daha çox özünün və yaxınlarının sağlamlığını düşünməkdir. Barellər, sanksiyalar, bunlar keçicidir”.
Xatırladaq ki, “Fitch” reytinq agentliyi yanvarın 9-da Rusiyanın uzunmüddətli reytinqini “BBB-“ səviyyəsinə salıb. Bu səviyyədən aşağı səviyyə “zibil” səviyyəsi hesab edilir. Adətən reytinqi “zibil” olan ölkənin iqtisadiyyatına kənardan hər hansı sərmayə yatırılmır və həmin ölkənin maliyyə bazarı alt-üst olur.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Yaponiya hökuməti dövlət qulluqçularının çoxunun evlərində işləməsinə çalışır
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info