“Rublun sabitliyini təmin etmək üçün kifayət qədər iqtisadi mexanizmlərimiz var”
Tarix: 14.01.2015 | Saat: 19:16:00 | E-mail | Çapa göndər


“Rubl azad konvertasiya olan valyuta olaraq qalır”.
Bu barədə Rusiyanın Baş naziri Dmitri Medvedev Qaydar forumunda çıxışı zamanı deyib. Baş nazir Rusiya Mərkəzi Bankının hazırkı siyasətinin doğru olduğunu bəyan edib.
“Hakimiyyət rublun azad konvertasiyasından imtina etmək niyyətində deyil”, - deyə D. Medvedev bəyan edib.
“Əlbəttə kursu dondurmaq və bununla da “qara bazarı”ı canlandırmaq, idxalçılara təslim etmək olar. Yəni arayış üzrə məmurun iradəsindən və onunla dost münasibətdən asılı olaraq. Amma bütün bunlar bazarın ardıcıl məhv olması deməkdir”, - deyə baş nazir qeyd edib.
D. Medvedev etiraf edib ki, “indi bir çox şey rubla qarşıdır: neftin qiyməti də, sanksiyalar da”. Onun sözlərinə görə, rublun məzənnəsinin tərəddüdündən “şirkətlər də, banklar da və sözsüz ki, sıravi vətəndaşlar da” əziyyət çəkirlər.
“Buna baxmayaraq, hesab edirəm ki, Mərkəzi Bankın hal-hazırda yürütdüyü siyasət doğrudur. Biz valyuta ehtiyatlarını israf etmək istəmərik. Bizim rublun sabitliyini təmin etmək üçün kifayət qədər iqtisadi mexanizmlərimiz var. Üstəlik, hətta ən pis şəraitdə belə, bizim milli valyuta kursunun balanslaşdırılması üçün əsas və fundamental faktor sayılan müsbət ödəniş balansımız qalacaq”, - deyə D.Medvedev vurğulayıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
22.11.2018
Rusiya hərbi kəşfiyyatının rəhbəri vəfat edib
21.11.2018
“Ermənistan nümayəndəsinin KTMT-nin baş katibi seçilməməsi Paşinyana ciddi zərbə olacaq”
21.11.2018
Çavuşoğlu S-400-lə bağlı məsələyə son qoydu: “Anlaşmanın ləğv edilməsi mümkün deyil”
21.11.2018
RecExpo 2018-də Monteneqronu kəşf et: 2019-da açılacaq ruhlandırıcı dənizkənarı kurort Portonovi
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Şair Sərraf Şiruyənin yaradıcılığı haqqında...
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info