Mübariz Qurbanlı: “Belə cəhdin qarşısı dərhal alınacaq”
Tarix: 14.01.2015 | Saat: 20:16:00 | E-mail | Çapa göndər


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ölkədə radikal terrorçular tərəfindən yəhudi sinaqoqlarına mümkün hücum təhlükəsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
M.Qurbanlı eksklüziv açıqlamasında bildirib ki, Azərbaycanda digər dini məbədlərlə yanaşı, yəhudi sinaqoqlarına da hansısa bir təhlükə yoxdur.
O qeyd edib ki, Azərbaycanda sinaqoqlara qarşı istənilən terror təhlükəsinin olması ehtimalı sıfıra bərabərdir: “Bizim hüquq-mühafizə orqanlarımız da kifayət qədər səriştəlidir və Azərbaycanda ictimai asayişin, dövlətə məxsus binaların qorunduğu kimi kilsələrin, məscidlərin, sinaqoqların qorunması da yüksək səviyyədə təşkil olunur. Ona görə də mən bizim ölkədə yəhudilərə məxsus dini sinaqoqlara qarşı terrorun, təxribatın, hansısa fitnənin törədilməsi ehtimalına o qədər də inanmıram. İnanmıram ki, Azərbaycanda kimsə buna cəhd eləsin. Çünki bilirlər ki, belə cəhdin qarşısı dərhal alınacaq”.
Qeyd edək ki, İsrail mediası “İŞİD” terrorçuları tərəfindən mümkün hücum təhlükəsinə qarşı Azərbaycanda inzibati və sənaye obyektlərinin, eləcə də sinaqoqların mühafizəsinin gücləndirildiyi barədə xəbər yayıb. Təhlükəsizlik tədbirlərinin “İŞİD”in “daxili işlər naziri” Vahid Xudayar Əhmədin Azərbaycana qarşı terror çağırışı ilə əlaqədar olduğu bildirilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Sabahın hava proqnozu açıqlanıb
19.01.2019
Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info