Aydın Mirzəzadə: “Dövlət vətəndaşların qayğıları ilə yaşayır”
Tarix: 14.01.2015 | Saat: 20:57:00 | E-mail | Çapa göndər


Azərbaycan Prezidenti İlham Əliyev Tarif Şurasının ölkədə yanacağın qiymətlərinin qaldırılması barədə qərarını ləğv edib. Tarif Şurasından bildiriblər ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, 14 yanvar 2015-ci il tarixində Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbədənkənar iclası keçirilib. İclasda neft məhsullarının qiymətlərinə yenidən baxılıb və tariflərin tənzimlənməsi barədə yeni qərar qəbul edilib.
Qərara əsasən, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” 12 yanvar 2015-ci il tarixli 1 nömrəli Qərarı ləğv edilib.
Bu addım ictimaiyyət tərəfindən də müsbət qarşılanıb. Məsələyə münasibət bildirən millət vəkili Aydın Mirzəzadə Prezidentin sözügedən qərarı ləğv etməsini təqdirəlayiq hal sayıb : “Cənab Prezident Tarif Şurasının qərarına yenidən baxılması ilə bağlı tövsiyə verdi və qərar ləğv edildi. Yol vergisinin ləğv edilməsi ilə bağlı olan boşluğu isə yəqin ki, hökumət başqa bir mənbədən taparaq məsələni həll edə biləcək. Bu, bir daha göstərir ki, Azərbaycan dövləti özünün iqtisadi inkişafını qiymət artımı və yaxud yükü əhalinin üzərinə qoymaqla deyil, düzgün və səmərəli iqtisadi siyasət aparmaqla həll edə bilər. Baxmayaraq ki, dünyada iqtisadi böhran gedir və bir çox iqtisadi cəhətdən güclü olan ölkələrin milli valyutaları qiymətdən düşməkdədir, Azərbaycan bu gün dünyada ən stabil milli valyutaya malik olan ölkələrdən biridir. Buna baxmayaraq, ötən il Azərbaycanın valyuta ehtiyatı hətta xeyli dərəcədə artıbdır. Mən cənab Prezidentin qərarını düzgün sayıram və hesab edirəm ki, bu tip məsələlərdə cəmiyyətin əhval-ruhiyyəsi nəzərə alınması dövlətin vətəndaşının qayğıları ilə yaşadığını sübut edir. Prezidentin operativ reaksiyası onun daima cəmiyyətin əhval-ruhiyyəsini nəzərə aldığını xəbər verir. Hökumətin özünün həll edə biləcəyi məsələləri digər mənbələr axtarmaqla həll etmək daha düzgündür. Ümumən götürdükdə, hər bir məsələyə cənab Prezidentin reaksiya verməsi, həmin məsələnin daha düzgün həlli üçün yollar göstərməsi Azərbaycanda həm dövlətçiliyin, həm də iqtisadi inkişafın düzgün istiqamətdə getdiyini göstərir”.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Humanist addıma kölgə salmaq istəyənlər uğursuzluğa məhkumdur
16.11.2018
İlqar Orucov: Bu gün Azərbaycanı dünyada uğurla təbliğ edən yüksək hazırlıqlı gənclər ordusu formalaşıb
16.11.2018
Koordinasiya Şurası Türkiyə Səfirliyi ilə əməkdaşlığı genişləndirir
16.11.2018
Ramiz Mehdiyevin “Dağlıq Qarabağ – məxəzlərdən oxunmuş tarix” kitabı: bilinməyən həqiqətlərin tarixi təsdiqi
16.11.2018
Türkiyədə daha bir Xocalı abidəsinin açılışı olub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10486

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info