Açıq Hökumət Məlumatları portalının təqdimatı olub
Tarix: 14.01.2015 | Saat: 22:23:00 | E-mail | Çapa göndər


Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) “www.data.gov.az” - Açıq Hökumət Məlumatları portalını təqdim edib. Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə açıq məlumatların “Elektron hökumət” quruculuğunda yeni bir inkişaf mərhələsi olduğunu bildirib.
Qeyd olunub ki, “www.data.gov.az” portalı vasitəsilə vətəndaşlar və biznes strukturları dövlət orqanları tərəfindən yaradılan və açıq elan edilən məlumat bazalarını asanlıqla tapa, fərdi yönümlü xidmətlərin hazırlanması üçün istifadə edə biləcəklər. Elektron Hökumət Portalının tərkib hissəsi olmaqla “www.data.gov.az” portalı dövlət orqanlarının məlumatlar toplusunu, o cümlədən məlumatlar toplusuna və əlavə vasitələrə giriş tapmaq üçün informasiyanı özündə əks etdirir. Mövcud qanunvericiliyə uyğun olaraq təqdim olunan açıq məlumatlar müntəzəm olaraq yenilənəcək və təkmilləşdiriləcək. “www.data.gov.az” portalının əsas məqsədi məlumatların istifadəsi və onların əsasında veb və mobil əlavələrin yaradılması vasitəsilə cəmiyyətə dövlətin idarə edilməsində iştirak etmək imkanının yaradılmasıdır. Eyni zamanda açıq dövlət məlumatlarına rahat giriş imkanı, əlavə dəyərin yaradılması, innovativ ideyaların rəğbətləndirməsi, təhlil və tədqiqatların asanlaşdırılması, hökumət işinin şəffaflığı və dövlət orqanlarının effektivliyinin, səmərəliliyinin artırılması və s. nəzərdə tutulur. İstifadəçilərin rəyi nəzərə alınmaqla “www.data.gov.az” portalın daim təkmilləşdiriləcək. Bunun üçün "Elektron hökumət” portalında yaradılmış "Əks əlaqə”, "E-gov Fikr bankı” bölmələrindən istifadə olunacaq. RYTN-in Məlumat Hesablama Mərkəzinin direktoru Mail Mərdanov "E-government 3.0 - Açıq hökumət, açıq məlumatlar, açıq servislər” mövzusunda təqdimatla çıxış edib. Qeyd olunub ki, 2014-cü il “Elektron hökumət” quruculuğu istiqamətində səmərəli olub. İl ərzində bu sahənin inkişafı ilə əlaqədar bir sıra işlər görülüb və əhəmiyyətli layihələr həyata keçirilib. Hazırda “E-hökumət” infrastrukturu “Açıq hökumət məlumatları” mərhələsindədir. Bu “E-hökumət” quruculuğu üzrə beynəlxalq informasiya-kommunikasiya texnologiyaları (İKT) sahələrinin praktikadan keçirdiyi yeni mərhələdir. Tədbirdə Məlumat Hesablama Mərkəzi tərəfindən “data.gov.az” portalının Açıq Məlumatlarından istifadə etməklə "Bax, istifadə et və yarat" adlı mobil əlavələrin hazırlanması müsabiqəsi elan olunub. Aprelin 15-dək davam edəcək müsabiqə İKT mütəxəssisləri, “start-up”çılar, tələbələr və s. üçün nəzərdə tutulub. Bu yarışmaya qatılmaq üçün Açıq Məlumatlardan istifadə edərək ictimai əhəmiyyətli mobil proqramlar təqdim olunmalıdır.
Nigar




 
Bölməyə aid digər xəbərlər
22.11.2018
“Qala Sığorta” və “Qala Həyat”dan ədliyyə işçilərinə 20%-dək güzəştli sığorta
22.11.2018
İranlıların saxta sənədlərlə Azərbaycan sərhədindən keçmək cəhdinin qarşısı alınıb
22.11.2018
Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs 22 dəfə pozulub
22.11.2018
Azərbaycanda turizm polisinin yaradılması təklif edilir
21.11.2018
Ümumdünya Dağ Yəhudiləri Konqresi: “Azərbaycan multikulturalizm, tolerantlıq və dinlərarası dialoq nümunəsidir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Şair Sərraf Şiruyənin yaradıcılığı haqqında...
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info