“Rusiya vacib geosiyasi zonalarda hərbi iştirakını gücləndirir”
Tarix: 14.01.2015 | Saat: 23:32:00 | E-mail | Çapa göndər


Arktika, Krım və Kalininqrad NATO-nun genişlənməsi prosesinə nəzarət etmək, donmayan sulara dəniz yolu baxımından Rusiya üçün xüsusi önəm kəsb edir
Amerikanın “Business Insider” xəbər portalında Rusiyanın son illərdəki hərbi fəaliyyəti ilə bağlı məqalə dərc edilib. Məqalədə deyilir ki, ötən ilin dekabrın 26-da Rusiyanın dövlət başçısı Vladimir Putin yeni hərbi doktrinanı imzaladı. Həmin hərbi doktrinada aydın göstərilir ki, NATO-nun genişlənməsi Rusiya üçün böyük hərbi təhlükədir.

Doktrinada qeyd edilir ki, Rusiya təhlükəsizliyini təmin ütmək üçün üç vacib geosiyasi zonada hərbi iştirakını gücləndirəcək. Belə ki, Rusiya yaxın illərdə Arktikada güclü hərbi iştirakını təmin etmək üçün buraya böyük resurslar cəlb edəcək. Belə bir planın Krım və Kalininqrad vilayətində də həyata keçirilməsi nəzərdə tutulub. "Sputnik" xəbər agentliyinin məlumatına görə, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bildirib ki, 2015-ci ildə Müdafiə Nazirliyinin əsas səyləri Silahlı Qüvvələrin döyüş imkanlarının təkmilləşdirilməsinə yönəldiləcək. O, əlavə olaraq bildirib ki, bu istiqamətdə xüsusi olaraq Arktika, Krım və Kalininqrad qruplarına diqqət ayırılacaq: “Bu üç regionun hər biri NATO-nun genişlənməsi prosesinə nəzarət etmək, donmayan sulara dəniz yolu baxımından Rusiya üçün xüsusi önəm kəsb edir”. Qeyd edək ki, son on il ərzində Rusiyanın Arktikada hərbi iştirakını genişləndirməsinə nail olmaq Putinin əsas məqsədlərindən biri olub. Bəlkə də elə buna görədir ki, yeni qəbul edilmiş hərbi doktrinada bu əraziyə xüsusi diqqət ayırılıb. Rusiyanın bu regiondakı xüsusi rolunu vurğulayaraq bildirmək yerinə düşər ki, Danimarka, Norveç, Kanada və ABŞ-ın mümkün iddialarına baxmayaraq, Şimal buzlu okean potensial enerji resurslarından istifadəni təmin etmək üçün geniş imkanlara malikdir. Amerikalı ekspertlərin fikrincə, dünya neft ehtiyatlarının təxminən 15%- dən, təbii qaz ehtiyatının isə 20 faizdən artığı Arktikadadır. Bəlkə də elə buna görədir ki, Moskva bu ərazidə sürətli tikinti işlərinə səfərbər olub. Və bununla sübut etməyə çalışır ki, bölgədə misilsiz hərbi gücə malikdir. Rusiya hazırda Arktikada 16 dərin liman, xilasetmə stansiyaları, 13 hava limanı və 19 hava hücumundan müdafiə sistemi inşa edir. Doktrinaya əsasən, Rusiya üçün önəm kəsb edən ikinci ərazi- Krımdır. Kreml regionda öz hərbi mövqeyini gücləndirməklə məşğuldur. Polşa Xarici İşlər İnstitutunun məlumatına görə, Rusiya bu ərazini raket və artilleriya alayı, “Xrizantema”, “Msta” və “Tornado-Q” mərmidən müdafiə sistemləri ilə təchiz edib. Rusiya burada Qara dəniz donanmasını modernləşdirərək, hərbi gəmiləri müasir avadanlıqla təchiz edir. NATO-nun Avropadakı qüvvələrinin baş komandanı general Filip Bridlav da Moskvanın Krımdakı hərbi gücünə işarə edərək Rusiyanın regionda “hərbi təsirini təmin etmək” iqtidarında olduğunu da etiraf edib. Rusiyanın önəm verdiyi üçüncü vacib geosiyasi zona Baltik dənizindəki Rusiya eksklavı olan Kalininqrad vilayətidir. Qeyd edək ki, bu ərazi hələ “soyuq müharibə” zamanı NATO qüvvələrinə həbi zərbə endirmək üçün xüsusi şəkildə hərbiləşdirilmiş və Qərbə istiqamətlənmiş atəş mövqeyi kimi xidmət edən ərazi statusu almışdı. Kalininqrad həmin statusu bu gün də qoruyub saxlayır. 2012-ci ildən bu əraziyə yeni qısamənzilli ballistik raketlər yerləşdirilib. Bundan əlavə, şəhərdə Rusiyanın Baltik dəniz donanması, eləcə də Cernyaxovsk və Don hərbi hava qüvvələrinin bazaları yerləşdirilib. Onu da qeyd edək ki, ABŞ Konqresinin Araşdırma Xidmətinin 2002-ci ildəki hesabatında, Kalininqradda nüvə silahlarının olması ilə bağlı ehtimala da yer verilib.
Ağasəf BABAYEV




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Qalust Qriqoryanın “yeni kəşfi”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info