“Bu toplantılar münasibətlərin dərinləşməsi üçün yeni imkanlar yaradır”
Tarix: 14.01.2015 | Saat: 23:38:00 | E-mail | Çapa göndər


“Biz Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfərindən çox məmnunuq”. Bunu APA-nın Türkiyə müxbirinə Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri, AKP millət vəkili Necdət Ünüvar deyib. Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantılarının başqa ölkələrlə də keçirildiyini xatırladan N. Ünüvar “Amma bunun ən genişi, əhatəlisi Azərbaycanla bağlı olan toplantılardır.
Bu toplantılar münasibətlərin dərinləşməsi baxımından yeni üfüqlər açır. Ümid ediləm ki, toplantılar iki qardaş ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsi sahəsində böyük önəm kəsb edəcək” - deyə vurğulayıb. Qeyd edək ki, bu gün Ankarada Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 4-cü iclası keçiriləcək. Səfər çərçivəsində keçiriləcək görüşlərdə Şuranın toplantısı çərçvəsində birgə fəaliyyətlər, iki ölkə arasında əlaqələr və əməkdaşlığın inkişafı müzakirə olunacaq. Görüşdə iki ölkəni maraqlandıran regional və beynəlxalq vəziyyətlə bağlı da fikir mübadiləsi aparılacaq.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info