Ermənilərin azərbaycanlılara qarşı soyqırımları ilə bağlı silsilə məqalələr hazırlanacaq
Tarix: 14.01.2015 | Saat: 23:44:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda elmi şuranın növbəti iclası keçirilib. İnstitutdan bildiriblər ki, bu elm müəssisəsinin direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun rəhbərliyi ilə keçirilən iclas institutda nəşr edilən elmi əsərlərin təbliğinin daha da genişləndirilməsinə həsr olunub.
Y.Mahmudov institutun nəşr olunan əsərlərinin təbliği işinin daha da genişləndirilməsinin müasir dövrdə olduqca mühüm əhəmiyyət daşıdığını xüsusi qeyd edib. O, Prezident İlham Əliyevin Azərbaycan tarixinə dair araşdırmaların daha da dərinləşdirilməsini, xüsusilə soyqırımlarına dair tədqiqatların genişləndirilməsini diqqət mərkəzində saxladığını vurğulayıb. Bildirilib ki, ölkə başçısı 1918-1920-ci illərdə azərbaycanlılara qarşı soyqırımı cinayətlərini araşdırmaq üçün xüsusi Tədqiqat Komissiyası yaradılması barədə göstəriş verib. Həmin komissiyaya AMEA-nın prezidenti, akademik Akif Əlizadə rəhbərlik edir. Ermənilərin özlərinin qondarma soyqırımının 100 illiyi ilə bağlı geniş təbliğat kampaniyası apardıqları hazırkı dövrdə institutda 1918-1920-ci illərdə azərbaycanlılara qarşı soyqırımı cinayətlərinin tədqiqi sahəsində mühüm uğurlar qazanılıb. Alimlərimiz son illər “Real tarix və böyük Ermənistan uydurması” (Bakı, 2014) , “Qenosid azerbaydjanskoqo naroda 1918 qoda: orqanizatorı i palaçi” (Baku, 2013), “1918-1920-ci illərdə Şərqi Anadolu, Naxçıvan və İrəvan bölgəsində ermənilərin türk-müsəlman əhaliyə qarşı törətdikləri soyqırımı” (Bakı, 2014), “İrəvan quberniyasında Azərbaycanlıların soyqırımı (1918-1920)” (Bakı, 2014), “Qenosid azerbaydjantsev v Karabaxskom regione Azerbaidjana (1918-1920)” (Baku, 2014), “Bakıda 1918-ci il mart soyqırımı” (Bakı, 2014”, “Qenosid azerbaydjansev v İrevanskoy qubernii (1918-1920)” (Baku, 2014), “Şamaxı qəzasında Azərbaycan xalqına qarşı soyqırımı” (Bakı, 2014), “Quba qəzasında türk-müsəlman soyqırımı” (Bakı, 2014), “Zəngəzurda Azərbaycan xalqına qarşı soyqırımı (1918-1920)” (Bakı, 2014) və digər mühüm elmi araşdırmalar nəşr edilib. İnstitutda başa çatdırılmış bütün bu tədqiqatların ölkəmizdə və xaricdə daha geniş təbliğ olunmasına böyük ehtiyac var.
İclasda institutun genişləndirilmiş elmi şurasında 1918-1920-ci illərdə ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımları ilə bağlı nəşr olunmuş kitabların təqdimatının keçirilməsi, ermənilərin Azərbaycanın ayrı-ayrı bölgələrində törətdikləri soyqırımları ilə əlaqədar institutda aparılan tədqiqatların nəticələri barədə silsilə məqalələrin hazırlanaraq kütləvi informasiya vasitələrinə göndərilməsi, internet saytlarında yerləşdirilməsi və digər qərarlar qəbul edilib. Tarix elmləri doktoru, professor Şahin Fərzəliyevin dilimizə çevirdiyi və institut tərəfindən iki kitab şəklində nəşr olunan, İsgəndər bəy Münşinin “Dünyanı bəzəyən Abbasın tarixi” əsərinin təqdimatının keçirilməsi də qərara alınıb.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info