Azad Rəhimov: “Alov qoruyanlar”ımız çox mühüm təcrübə qazanacaqlar”
Tarix: 15.01.2015 | Saat: 16:03:00 | E-mail | Çapa göndər


“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi ilk Avropa Oyunlarında könüllülərin “Alov qoruyanlar” (Flamekeepers) kimi tanınacaqlarını elan edib.
Yarışın Təşkilat Komitəsindən verilən məlumata görə, bu ad yarış ruhunun təbliğində könüllülərin mərkəzi rolunu əks etdirir və eyni zamanda, Odlar Yurdu Azərbaycana olan hörməti, Azərbaycan xalqının həyəcanını və mehribanlığını tərənnüm edir.
Gənclər və idman naziri və “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin Baş icraçı direktoru Azad Rəhimov bildirib ki, bu möhtəşəm tədbirdə könüllü proqramı gənclərin Avropa Oyunlarına qoşulması və beynəlxalq arenada Azərbaycanı dəstəkləməsi üçün gözəl imkan yaradır: “Bizim bütün “Alov qoruyanlar”ımız Azərbaycanda böyük multi-idman yarışının keçirilməsi sahəsində daimi irs qoyan proqram sayəsində ölkəmizin tarixindəki bu möhtəşəm anı paylaşacaq və çox mühüm təcrübə qazanacaqlar”.
Oyunlar üçün könüllülərin cəlb olunması prosesi davam edir və 16 mindən çox könüllü seçilmək üçün onlayn qeydiyyatdan keçib. “Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsi həftəlik əsasda yüzlərlə müsahibələr aparır və iyunun 12-si Oyunlar başlayana qədər 12 min 500 nəfər könüllünü işlərə cəlb edəcək.
“Alov qoruyanlar” Oyunlar ərzində əsas vəzifələri yerinə yetirəcək, o cümlədən idmançılar və rəsmi şəxslərə kömək edəcək, idman yarışlarında işləyəcək, tamaşaçılara və ya media nümayəndələrinə dəstək göstərəcəklər.
Azərbaycan Gənclər Fondunun icraçı-direktoru və “Bakı 2015” Avropa Oyunları Təşkilat Komitəsinin üzvü Fərhad Hacıyevin sözlərinə görə, I Avropa Oyunlarında iştirak etmək və bütün Avropanı Bakı şəhərində salamlamaq imkanı Azərbaycan xalqı üçün çox gözəl və önəmli bir fürsətdir: “Biz Avropanın ən gənc xalqlarından biriyik və “Alov qoruyan” olmaq gənclərimizə ölkəmizin qonaqpərvərliyi və idman entuziazmına töhfə vermək üçün gözəl imkan yaradacaq”.
“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq isə bildirib ki, istənilən böyük multi-idman oyunlarında idmançılar yarışın ürəyi, könüllülər ruhu hesab olunurlar: “Alov qoruyanlar” bu yay “Bakı-2015” Avropa Oyunlarının möhtəşəm idman bayramına çevrilməsinə kömək göstərəcək və daimi bir irs yaradacaqlar. Bu irs sayəsində Azərbaycan gələcəkdə bir sıra böyük beynəlxalq yarışlara ev sahibliyi edən zaman könüllü atəşini alovlandıracaq”.
“Alov qoruyanlar” Avropanın birinci multi-idman yarışlarına verəcəkləri töhfənin əvəzində yarış obyektlərinə pulsuz nəqliyyat xidməti, uniforma, qida və “Bakı-2015” könüllü proqramının rəsmi tərəfdaşı olan Nar Mobile tərəfindən verilən SIM kartdan yararlanacaqlar.
Qeyd edək ki, Nar Mobile “Bakı-2015”in rəsmi mobil telekommunikasiya xidməti təminatçısıdır və könüllülərin cəlb olunması üçün Oyunların reklam, sosial media kanalları, mətn məlumatlarının ötürülməsi xidməti və bir neçə qısa film vasitəsilə təbliğ edilməsinə də kömək göstərəcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info