Səfir “The Guardian”dakı məqaləsi ilə bu qəzetə etiraz etdi
Tarix: 15.01.2015 | Saat: 16:27:00 | E-mail | Çapa göndər


“The Guardian” qəzeti Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadənin redaksiyaya etiraz məktubunu dərc edib.
Azərbaycanlı diplomatın məktubu bu günlərdə həmin qəzetdə dərc olunmuş “Səyahət etmək üçün ən macəralı yerlər” məqaləsində Azərbaycanın işğal edilmiş ərazisi Dağlıq Qarabağın qeyd olunması ilə bağlıdır.
T. Tağızadə məktubda qeyd edib ki, redaksiyanın o siyahıya Dağlıq Qarabağı da daxil etməsi Azərbaycan xalqına qarşı hörmətsizlikdir: “Dağlıq Qarabağ beynəlxalq səviyyədə tanınan Azərbaycan ərazisidir və hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Siz başqa ölkənin bir ərazisini işğal edən təcavüzkarı həvəsləndirməyin və yüz minlərlə qaçqının əzablarına saymazyanalıq göstərməyin mənəvi cəhətdən doğru olduğunumu hesab edirsiniz? Təəssüf ki, sizin yazınız öz işğalçı fəaliyyətini legitimləşdirməyə çalışan separatçı rejimin əlinə oynayır. “The Guardian”ın post-sovet ölkələrindəki separatçı tendensiyalara qarşı münasibəti diqqətə layiqdir, lakin biz eyni həssaslığın Azərbaycana da göstərilməsini arzu edirik”.
Səfir xatırladıb ki, Böyük Britaniya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağa və Azərbaycanın işğal altında olan rayonlarına səfər etməmək barədə xəbərdarlıq edib.
“Dağlıq Qarabağa belə bir “turist marşrutu”nu təşviq etməklə isə siz ictimaiyyəti çaşdırırsınız və insanların həyatını risk altına atırsınız. Həmçinin bu cür icazəsiz səfərlərə qatılan adamlar gələcəkdə Azərbaycanın digər ərazilərinə səyahət edə bilməyəcəklər”, - deyə T. Tağızadə əlavə edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
16.01.2019
Aleksandr Duqin: Rusiya Azərbaycanla daha çox yaxınlaşır
16.01.2019
İdarəetmədə sistemli islahatlar: struktur yeniliklərində növbəti mərhələ
16.01.2019
XİN Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşünə dair açıqlama yayıb
16.01.2019
Sarkozi: “Sizin çox güclü və önəmli ölkəniz var”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info