“Permyakovun işində dövlətlərarası münasibətlərdən söhbət gedir”
Tarix: 15.01.2015 | Saat: 16:54:00 | E-mail | Çapa göndər


Ermənistanda bir ailənin 6 üzvünü öldürən rus hərbçisinin işinin Rusiya tərəfindən araşdırılması iki dövlət arasındakı müqaviləyə əsaslanır.
“News.am”ın verdiyi məlumata görə, bu barədə Ermənistanın baş prokuroru Qevork Kostanyan bildirib.
Onun sözlərinə görə, Valeri Permyakov Avetisyan ailəsinin üzvlərini öldürməklə yanaşı, bazanı özbaşına tərk etməklə hərbi cinayət törədib.
“Rusiya hərbi bazasının Ermənistanda yerləşməsinə dair müqavilənin 4-cü maddəsində bildirilir ki, hərbi qulluqçular tərəfindən Ermənistan ərazisində törədilən cinayətlərin istintaqı Ermənistan qanunvericiliyinə əsasən aparılır. Beşinci maddədə isə qeyd olunur ki, baza ərazisində törədilən cinayətlər, o cümlədən hərbi cinayətlər Rusiya qaunvericiliyinə əsasən aparılır. Bu məsələdə həm də Rusiya Konstitusiyası nəzərə alınıb. Cinayət işi iki ölkənin qanunvericiliyinə uyğun aparılacaq. Ermənistan baş prokurorluğu da cinayət işi açıb və müttəhimin məsuliyyətə cəlb olunmasına çalışır. Ermənistan Təhqiqat Komitəsinin rəis müavini istintaq tədbirlərində iştirak edəcək”, –deyə Q. Kostanyan qeyd edib.
O deyib ki, Permyakovun işinin Ermənistan ədliyyə sisteminə verilməsini istəyən insanların hisslərini başa düşür, lakin burada beynəlxalq hüquqdan və dövlətlərarası münasibətlərdən söhbət gedir.
Qeyd edək ki, Ermənistanın Gümrü şəhərində bir ailənin 6 üzvünü öldürməkdə ittiham olunan 102-ci Rusiya hərbi bazasının əsgəri V. Permyakov yanvarın 14-də həbs olunub. Ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105.2 və 338.2 maddələri üzrə (adam öldürmə və fərarilik) cinayət işi başlanılıb. Onun barəsində həbs-qətimkan tədbiri 5-ci Rusiya qarnizonunun məhkəməsi tərəfindən seçilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
İranın Hərbi Dəniz Qüvvələri genişmiqyaslı təlimlərə başlayıb
21.02.2019
Paşinyan yeni müxalifət formalaşdırmaq istəyir
21.02.2019
Türkiyə Ermənistanla sərhəddə genişmiqyaslı hərbi təlimlər keçirir
20.02.2019
ABŞ və Türkiyə razılığa gələ bilmir
20.02.2019
“Lazarev klubu” erməniləri qane etmir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info