Korrupsiya cinayətləri ilə bağlı vətəndaşların müraciətlərinin sayı azalır
Tarix: 15.01.2015 | Saat: 17:17:00 | E-mail | Çapa göndər


Bu gün Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev ötən il strukturun fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib. K.Əliyev qeyd edib ki, Baş İdarənin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə bu müddət ərzində 4945 müraciət daxil olub, həmin müraciətlərin 21-i üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb: “Həmçinin, əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində digər müraciətlərin müsbət həll olunması təmin edilməklə vətəndaşların pozulmuş hüquqları bərpa edilib və aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması məqsədilə müvafiq təşkilatlara təqdimatlar göndərilib. Bununla yanaşı, korrupsiya ilə əlaqədar olmayan müraciət müəlliflərinə mülki, ailə, mənzil, inzibati və digər hüquq sahələrində pozulmuş hüquqlarının bərpası ilə bağlı ətraflı izahlar verilib”. K.Əliyev deyib ki, ötən il ərzində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən vətəndaşların 3194 müraciətinə baxılıb, həmçinin 218 cinayət xarakterli material araşdırılıb. Həmin cinayət xarakterli materialların 82%-i üzrə cinayət işi başlanıb, digər məlumatlar üzrə isə zəruri qabaqlayıcı tədbirlərin görülməsi təmin edilib.
Onun sözlərinə görə, 2014-cü il ərzində Baş İdarənin növbətçi prokurorları tərəfindən korrupsiya və digər hüquqpozmalar barədə müraciət etmiş 807, Baş İdarə rəisi tərəfindən isə 139 vətəndaş qəbul edilməklə ərizələri alınıb, həmin ərizələr üzrə tam və hərtərəfli araşdırmalar aparılmaqla obyektiv qərarların qəbul edilməsi təmin edilib.
2014-cü il ərzində törədilmiş və ya hazırlanan cinayətlər barədə Baş İdarənin əməliyyat qurumları tərəfindən 584 müraciət araşdırılıb. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində cinayət başında yaxalanmış şəxslər barəsində 10, o cümlədən korrupsiya hüquqpozmaları ilə əlaqədar toplanmış materiallar üzrə 11 cinayət işi başlanıb.
2014-cü il ərzində Baş İdarənin İstintaq şöbəsi tərəfindən 333 şəxs barəsində 206 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.
Həmin cinayət işlərindən 16 şəxs barəsində 9 iş rüşvətalma (passiv rüşvətxorluq), 5 şəxs barəsində 4 iş rüşvətvermə (aktiv rüşvətxorluq), 43 şəxs barəsində 22 iş vəzifə səlahiyyətlərindən sui-istifadəetmə, 6 şəxs barəsində 6 iş vəzifə səlahiyyətlərini aşma, 7 şəxs barəsində 4 iş vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, 6 şəxs barəsində 3 iş vəzifə saxtakarlığı, 5 şəxs barəsində 4 iş səhlənkarlıq, 134 şəxs barəsində 79 iş qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israfetmə, 95 şəxs barəsində 59 iş qulluq mövqeyindən istifadə etməklə dələduzluq, 14 şəxs barəsində 14 iş saxta sənədlərdən istifadəetmə, 2 şəxs barəsində 2 iş isə digər faktlarla əlaqədar olub.
Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş 76 milyon 165 min 41 manat ziyandan istintaq müddətində 54 milyon 885 min 691 manat və ya 72%-i ödənilib, qalan ziyanın təqsirləndirilən şəxslərin əmlakları üzərinə həbs qoyulmaqla ödənilməsi üçün qanunla nəzərdə tutulmuş tədbirlər görülüb.
K.Əliyev qeyd edib ki, korrupsiya cinayətləri ilə bağlı Baş İdarəyə vətəndaşların müraciətlərinin sayının azalması tendensiyası müşahidə olunur. Bu da ölkədə fəaliyyət göstərən "ASAN xidmət" mərkəzlərinin sayının artması ilə bağlıdır.
Onun sözlərinə görə, hesabat dövründə qeydə alınmış cinayətlərin xarakteri 2013-cü ildəki ilə demək olar ki, eynilik təşkil edib.
Baş İdarənin rəisi həmçinin deyib ki, 2014-cü il ərzində də korrupsiyaya qarşı mübarizə sahəsində Baş İdarə əməkdaşları tərəfindən bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilib: "Əhalinin sosial müdafiəsi, səhiyyə, yerli icra orqanları və digər sahələrdə aşkar edilmiş pozuntuların aradan qaldırılması ilə əlaqədar təkliflər hazırlanıb aidiyyəti qurumlara təqdim edilib, həmçinin bir sıra hallarda vəzifəli şəxslər tərəfindən “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunun tələblərinin pozularaq cinayət xarakteri daşımayan pozuntulara yol verildiyi müəyyənləşdirildiyindən həmin şəxslər barəsində “Prokurorluq haqqında” qanuna müvafiq olaraq aidiyyəti üzrə təqdimatlar verilib. Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın zəruriliyini nəzərə alaraq hesabat dövrü ərzində Baş İdarə tərəfindən bu sahədə ixtisaslaşmış beynəlxalq qurumlar və digər ölkələrin müvafiq hüquq mühafizə orqanları ilə əlaqələrin daha da genişlənməsinə xüsusi diqqət yetirilib".
K.Əliyev bildirib ki, dövlət orqanları tərəfindən öz işçiləri ilə bağlı aparılmış daxili araşdırmalar əsasında Baş İdarəyə 119 material göndərilib. Bunlardan 45 halda Səhiyyə Nazirliyinin, 21 halda Əmək və Əhlainin Sosial Müdafiəsi Nazirliyinin, 11 halda yerli icra hakimiyyəti orqanlarının, eləcə də Təhsil Nazirliyinin işçiləri intizam məsuliyyətinə cəlb olunublar.
Onun sözlərinə görə, hüquq-mühafizə orqanları tərəfindən Baş İdarəyə 64 material daxil olub. Onlardan 45 material üzrə cinayət işlərinin başlanılması təmin edilib.
Fuad




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10492

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info