Ukrayna parlamentinin azərbaycanlı deputatı
Tarix: 15.01.2015 | Saat: 18:08:00 | E-mail | Çapa göndər


Ukrayna Ali Radasına son seçkilərdə mandat qazananlar arasında azərbaycanlı da var.
Ukraynanın Azərbaycandakı səfirliyinin I katibi Sabir Rzayevin verdiyi məlumata görə, bu şəxs əslən Azərbaycanın Naftalan rayonundan olan Roman Mikayıl oğlu (Mixayiloviç) Nəsirovdur. Yanvarın 14-də R. Nəsirov səfir Eynulla Mədətli ilə görüşüb.
Görüşdə Azərbaycanla Ukrayna arasında parlamentlərarası əlaqələrin inkişafı üçün səylərin artırılması, dostluq qrupunun fəaliyyətinin inkişafı, Ukrayna tərəfdən qrupun üzvlərinin formalaşdırılması, Azərbaycana səfərlərin təşkili kimi məsələlər müzakirə olunub. R. Nəsirova səfirlik tərəfindən Ukrayna dilində çap olunmuş Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: mənbələrdən oxunmuş tarix” kitabı, Aleksandr Merejkonun “Dağlıq Qarabağ münaqişəsi və beynəlxalq hüquq” kitabı, eləcə də Ukrayna-Azərbaycan danışıq kitabçaları hədiyyə edilib.

Roman Mikayıl oğlu Nəsirov 1979-cu il martın 3-də Kiyevdə anadan olub. Atası Mikayıl Nəsir oğlu Nəsirov 1976-cı ildə Azərbaycandan Ukraynaya köçüb və ukraynalı xanımla ailə qurub. Bu nikahdan doğulan Roman Nəsirov orta məktəbi Kiyevdə bitirdikdən sonra əvvəlcə T. Şevçenko adına Kiyev Dövlət Universitetinin hüquq fakültəsində, daha sonra isə Şərqi London Universitetində (University of East London, STM) maliyyə və beynəlxalq menecment ixtisası üzrə təhsil alıb. Uzun müddət bank sektorunda fəaliyyət göstərib. Daha sonra “Konkord Kapital” (Kiyev) investisiya şirkətinin Qiymətli kağızlarla ticarət idarəsinin rəhbəri vəzifəsində çalışıb. 2013-cü ilin aprelində Ukrayna Dövlət Ərzaq-Taxıl Korporasiyasının İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin olunub və 1 il bu vəzifədə işləyib. 2014-cü il oktyabrın 26-da Ukrayna Ali Radasına keçirilən növbədənkənar seçkilərdə prezident Pyotr Poroşenkonun blokundan deputat seçilib. Parlamentin Gömrük və vergi siyasəti komitəsinin sədridir. Ailəlidir, Mikayıl və Aleksandr adlı iki övladı var.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir
19.11.2018
Ermənistanda bir qrup şəxs istefa tələbi ilə katolikos II Qareginin ofisinə hücum edib
19.11.2018
“Bu gün Ermənistan-Belarus münasibətlərinin böhran həddinə çatdığı göz önündədir”
18.11.2018
Ermənistanda cinayətlərin sayı artır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info