“Deutsche Welle“: “Neftin qiyməti 10 il belə davam etsə də , Azərbaycan hər şeyin öhdəsindən gələcək”
Tarix: 15.01.2015 | Saat: 18:28:00 | E-mail | Çapa göndər


Almaniyanın “Deutsche Welle” (DW) nəşrinin yazdığına görə, neftin qiymətlərinin aşağı olması Azərbaycan üçün regionun digər dövlətləri qədər qorxunc deyil. Nəşr qeyd edir ki, Azərbaycanda neft bazarlarından gələn gündəlik məlumatlara sevincsiz, eyni zamanda təlaşsız baxırlar. Almaniya-Azərbaycan Ticarət-Sənaye Palatasının icraçı direktoru və İdarə Heyətinin üzvü Florian Şröder yazır: "Bu, xüsusilə neftin qiymətlərinin düşməsinə müxtəlif valyutaların necə reaksiya verməsindən görünür. 2014-cü ildə Rusiyada rubl dollara nisbətdə öz dəyərini 40 faiz itirdi və inflyasiyanı sürətləndirərək düşməkdə davam edir. Bəs Azərbaycan manatı? O öz dəyərini faktiki olaraq saxladı, hətta avroya nisbətdə möhkəmləndi".
Onun sözlərinə görə, Azərbaycandakı vəziyyət Rusiyadakından kəskin şəkildə fərqlənir. Rusiyada rublun dəyərdən düşməsinin əsas səbəblərindən biri kapital axını və əcnəbi investorların gedişidir. Şröder izah edir ki, Azərbaycanda belə bir şey müşahidə olunmur. O qeyd edir ki, Bakı bu gün də son dərəcə yüksək iqtisadi artım göstəriciləri nümayiş etdirir. Azərbaycan ən bədbin ssenari üzrə öz makroiqtisadi sabitliyi ilə bağlı ciddi narahatlıq keçirməyə bilər. Florian Şröder izah edir ki, Azərbaycan əhalinin hər nəfərinə görə ən aşağı səviyyədə borca malik ölkələrdən biridir. Ehtiyatlar həm Dövlət Neft Fondunda (ARDNF), eləcə də Mərkəzi Bankda var: "Mən olan rəqəmləri belə izah edirəm ki, əgər neftin bir barelinin qiymətinin 50 dollar olduğu bugünkü şərtlər əsas götürülərsə və bu, 10 il belə davam edərsə, ölkə hər şeyin öhdəsindən gələcək”.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Bakıda IX Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
25.09.2018
Azərbaycan-Türkiyə sahibkar qadınlarının sammiti keçirilib
25.09.2018
“Azərbaycan beynəlxalq logistika mərkəzinə çevrilir”
25.09.2018
Mələk Çakmak: “Azərbaycan FAO-dan kömək alan deyil, tərəfdaş ölkə kimi dəyərləndirilir”
25.09.2018
“Qırmızı Körpü” məntəqəsinin Gürcüstan tərəfində laboratoriya istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10143

1 Yalnızlıq qorxusu
2 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
3 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Öz vətənimdə dünya çempionu oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info