Genişmiqyaslı kontinental savaş başlaya bilər
Tarix: 15.01.2015 | Saat: 19:23:00 | E-mail | Çapa göndər


“Donbasın işğal olunmuş hissəsində 36 min nəfərdən ibarət hərbi qruplaşma cəmləşib. Onlardan 8,5 mini Rusiya Federasiyasının nizami ordusunun hərbi qulluqçularıdır”.
“Censor.net” saytının verdiyi xəbərə görə, bu sözləri Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov 2015-ci ildə qismən səfərbərlik elan olunmasına dair prezident fərmanının təsdiq olunması haqqında qanun layihəsini Ali Radada təqdim edərkən deyib.
A. Turçinov Rusiyanın Ukrayna sərhədlərində 50 minə yaxın hərbi qüvvə cəmləşdirdiyini bildirib: “Onların sərəncamında 300 tank, 1800-dən çox zirehli texnika, 750 artilleriya və reaktiv atəş sistemi, 360-a yaxın döyüş təyyarəsi və hərbi helikopter var”.
A. Turçinov hazırkı vəziyyətdə situasiyanın iki istiqamətdə inkişaf edə biləcəyini söyləyib. Onun fikrincə, birincisi variant hərbi əməliyyatların bərpası və separatçıların Rusiya qoşunlarının iştirakı ilə hücuma keçməsidir ki, bu da genişmiqyaslı kontinental savaşın başlamasına səbəb olacaq: “İkinci ssenari Kremlin Ukraynada sabitliyin yaranmasına imkan verməməsi və qarşıdurmanı uzunmüddətli hərbi münaqişə halına gətirmək məqsədilə terrorçuluq fəaliyyətini artırmasıdır”.
Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Ali Radanın deputatlarının ordu sıralarına səfərbər edilməsinə qoyulmuş qadağanın götürülməsinə tərəfdar olduğunu da vurğulayaraq parlamentə artıq bu barədə qanun layihəsinin təqdim olunduğunu açıqlayıb: “Mən bu layihəni tam dəstəkləyirəm və ümid edirəm ki, Ali Rada yaxın vaxtlarda bu qanunu qəbul edəcək. İlk növbədə Donbassın əhalisinə görə çox narahat olan, əslində isə Ukraynaya qarşı aqressiv siyasət aparan başqa dövlətə işləyən deputatları çağıracağıq”.
Qeyd edək ki, Ali Rada prezidentin qismən səfərbərlik haqqında fərmanını təsdiqləyib.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
“Ermənistanda xalq əvvəlkindən də pis yaşamağa başlayıb”
18.01.2019
“Təhlükəsiz bölgə Suriyanın şimalında sabitlik üçün vacibdir”
18.01.2019
Erməni zabitlər qəzaya uğrayıb: biri ölüb, digəri isə ağır vəziyyətdədir
18.01.2019
“Rusiya Latviya ərazisindəki NATO bazasını bir neçə dəqiqəyə məhv edər”
18.01.2019
Ermənistan-İran münasibətlərində gərginlik yarana bilər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info