20 Yanvar şəhidləri ƏMDK-də anılıb
Tarix: 15.01.2015 | Saat: 19:28:00 | E-mail | Çapa göndər


Əmlak Məsələləri Dövlət Komitəsində Qanlı yanvar hadisəsinin 25-ci ildönümü ilə bağlı anma tədbiri keçirilib. Tədbir iştirakçıları 1990-cı il 20 yanvar gecəsində azadlıq və suverenlik uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Anma tədbirləri Komitənin aparatı ilə yanaşı, tabeli qurumlarında və ərazi şöbələrində də keçirilib.
Tədbirdə qeyd olunub ki, Prezident İlham Əliyev daim tarixilik və müasirlik amilini əsas tutaraq milli-mənəvi dəyərlərimizin, qan yaddaşımızın qorunub saxlanılmasına xüsusi diqqət yetirir. Müstəqil Azərbaycan dövlətinin rəhbərliyi bütün tariximizə, mədəniyyətimizə, adət-ənənələrimizə olduğu kimi, faciəli tarixlərin anılması ilə bağlı müvafiq tədbirlər görür.
Məlum olduğu kimi, bu il ölkə rəhbərliyi tərəfindən Qanlı yanvar hadisəsinin şəhidlərinin yad edilməsi məqsədilə faciənin 25-ci ildönümünün respublika səviyyəsində geniş qeyd olunması ilə bağlı müvafiq göstərişlər verilib.
Prezident İlham Əliyev 20 yanvar hadisələrinə siyasi-hüquqi qiymətin verilməsi, vətən uğrunda canından keçmiş şəhidlərimizin ailələrinə qayğının göstərilməsi, onların sosial rifahının təmin edilməsi məsələlərini daim diqqətdə saxlayır. Dövlət başçısının şəhid ailələrinin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədilə imzaladığı müvafiq Fərman da bunun bariz nümunəsidir.
Tədbirdə 20 Yanvarın Azərbaycanın azadlıq mübarizəsi tarixində şanlı səhifələrindən biri olduğu xatırlanaraq 25 il əvvəl müstəqillik və suverenlik uğrunda mübarizəsinə qalxmış xalqımızın başına gətirilən faciədən bəhs olunub. Qeyd edilib ki, həmin müdhiş gecə Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda mübarizəyə qalxmış dinc əhaliyə, soydaşlarımıza qarşı ən amansız və dəhşətli cinayət törədilib. 20 Yanvar hadisələri xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz idi. Totalitar sovet rejimi bu faciəni törətməklə özünün cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Lakin bu dəhşətli cinayət və axıdılan nahaq qanlar xalqımızın mübarizə əzmini qıra bilməyib. Bildirilib ki, 20 Yanvar özümüzü bir millət kimi tanıdığımız və dərk etdiyimiz gündür. 20 Yanvar, həm də Azərbaycanın istiqlal yolunda fəth etdiyi ilk zirvələrdən, xalqımızın milli-azadlıq ruhu və məfkurəsinin oyanış günü oldu.
20 Yanvardan sonrakı günlərdə də Bakıda qırğın davam etdirildi. Yanvarın 19-dan 20-nə keçən gecə 137 mülki şəxs qətlə yetirildi, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu. Sovet qoşunları 200 mənzil və evi, 80 avtomaşını, o cümlədən təcili yardım maşınlarını, külli miqdarda şəxsi və dövlət əmlakını məhv etdilər. Bakının infrastukturuna külli miqdarda ziyan dəymişdi. Öldürülənlər arasında beş millətin nümayəndəsi, 20-dən çox qadın və uşaq var idi.
Vurğulanıb ki, bütün varlığı ilə vətəninə və millətinə bağlı olan böyük vətənpərvər Heydər Əliyev bütün maneələrə baxmayaraq xalqının səsinə birinci səs verdi. Bütün ömrü boyu xalqın yanında olan ulu öndərimiz Heydər Əliyev faciənin ertəsi günü ailəsi ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi və Qanlı yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdi, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırdı. İmperiyanın Azərbaycana və onun xalqına qarşı qanlı təcavüzünə kəskin etirazını və hiddətini bildirdi, faciəni törədənlərin cəzalandırılmasını tələb etdi. Yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra, 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi və cinayəti törədənlərin adları ictimaiyyətə açıqlandı. Şəhidlərin adlarının əbədiləşdirilməsi, onların ailə üzvlərinə hər cür yardımın göstərilməsi təmin edildi.
Həmin il yanvar ayının 12-də Heydər Əliyevin sədrliyi ilə “20 Yanvar” faciəsinin 4-cü ildönümü ilə bağlı tədbirlərin hazırlanması və keçirilməsi üzrə dövlət komissiyasının iclası keçirildi. Dövlət komissiyasının ciddi fə-aliyyəti nəticəsində 1994-cü il mart ayının 29-da Milli Məclis "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" qərar qəbul etdi. Sənəddə “20 Yanvar” faciəsi qabaqcadan şüurlu surətdə planlaşdırılmış və vəhşicəsinə həyata keçirilmiş cinayət aktı kimi qiymətləndirilirdi.
Tədbirdə çıxış edənlər qeyd ediblər ki, 20 Yanvar Azərbaycan xalqının tarixində təkcə ağrı və acı ilə xa-tırlanan gün deyil. Bildirilib ki, 20 Yanvar günü xalqımızın milli suverenlik, azadlıq uğrunda yenilməz iradəsinin rəmzidir. 20 Yanvar həm də xalqımızın fəxarət və şərəf günüdür, tariximizin şanlı səhifəsidir. Xalqımız həmin gün öz milli kimliyini sübut edərək bütün dünyaya sübut etdi ki, Azərbaycan xalqı istiqlala layiqdir və bu yolda ən çətin sınaqlara, məhrumiyyətlərə mətinliklə sinə gərmək əzmindədir.
Tədbirdə qeyd olunub ki, gündən-günə Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmlənir, ölkəmiz sürətlə inkişaf edir, qüdrətlənir, ordumuz güclənir. Bütün bunlar isə torpaqlarımızın erməni işğalından azad ediləcəyi günü yaxınlaşdırır. Şəhidlərin müqəddəs qanının yerdə qalmaması üçün hər bir azərbaycanlı öz üzərində daim çalışmalı, Vətənə layiqli övlad olmaq üçün bütün qüvvə və bacarığını əsirgəməməlidir. Yalnız bu halda əziz şəhidlərimizin ölməz ruhları qarşısındakı mənəvi borcumuzu yerinə yetirmiş olarıq.
Sonda bir daha bildirilib ki, Azərbaycan dövləti və xalqı 20 Yanvar şəhidlərinin xatirəsini daim əziz tuta-caq, onların fədakarlıqları xalqımızın yaddaşından heç zaman silinməyəcək.


Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10482

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info