Merkel İslam dini ilə bağlı zəmanət verdi
Tarix: 15.01.2015 | Saat: 20:06:00 | E-mail | Çapa göndər


Almaniyada müsəlmanların hər hansı təcridi, yaxud onların ünvanına əsassız ittihamlar yolverilməzdir. TASS agentliyinin verdiyi məlumata görə, bunu Almaniya Kansleri Angela Merkel deyib.
Bundestaqda bəyanatla çıxış edən Kansler Almaniyada yaşayan təxminən 4 milyon müsəlmanı müdafiə edib: “Almaniyada müsəlmanların istənilən təcridi, istənilən əsassız şübhə qadağa altındadır".
Federal Kansler əlavə edib: "Biz zəmanət veririk ki, konstitusiyamız və digər qanunlar çərçivəsində İslam dininə azad etiqad edilə bilər”.
Onun sözlərinə görə, istənilən digər konfessiya, o cümlədən iudaizm kimi, İslam da Almaniyaya aiddir: "Burada ayrı-seçkiliyə və təcridə yer olmamalıdır".
Bundan başqa, A.Merkel bu yaxınlarda Parisdə baş vermiş qanlı terror aktlarını yenidən qətiyyətlə pisləyib və Almaniyanın Fransa ilə “hüdudsuz həmrəyliyi”ni qeyd edib: "Almaniya və Fransa bu çətin günlərdə çiyin-çiyinə dayanacaqlar. Əgər Fransada təhlükəsizlik yoxdursa, deməli, Almaniyada da mövcud deyil".
Almaniya hökumətinin rəhbəri, həmçinin cəmiyyətin ən böyük sərvətlərindən biri olan mətbuat azadlığının böyük əhəmiyyətini qeyd edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.06.2019
İranın uran istehsalı dörd dəfə artıb
17.06.2019
İranda 20 xarici valyuta bahalaşıb
17.06.2019
Anna Frankın sitəm dolu gündəliyi
17.06.2019
Türkiyədə polis əməliyyat keçirir
17.06.2019
Hindistanda həkimlər tətilə çıxdılar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info