Ruslar 2018-ci ildə də Putini prezident görmək istəyirlər
Tarix: 15.01.2015 | Saat: 20:21:00 | E-mail | Çapa göndər


Rusiya əhalisinin yarısından çoxu Vladimir Putini 2018-ci ildən sonra da prezident vəzifəsində görmək istəyir.
"Levada-Mərkəzi"nin keçirdiyi sorğunun nəticələri belə deməyə əsas verir.
2014-cü ilin 19-22 dekabr tarixlərində keçirilən sorğu zamanı respondentlərin 55 faizi 2018-ci ildə V. Putinin yenidən prezident seçilməsini istədiyini bildirib. Sorğuda iştirak edənlərin 18 faizi isə hesab edir ki, 2018-ci ildə Rusiya prezidenti problemlərin başqa yolla həllini təklif edən şəxs olmalıdır. Öz növbəsində rəyi soruşulanların 10% düşünür ki, prezident kürsüsünə V. Putinin siyasətini davam etdirəcək yeni bir sima seçilməlidir.
Həmçinin məlum olub ki, Rusiyada əhalinin 54 faizi Putini əvəz edə biləcək şəxs yoxdur. Respondentlərin 24%-i isə hesab edir ki, lazım olsa, Putini əvəz edəcək şəxsi tapmaq olar.
Qeyd edək ki, sorğu Rusiyanın 46 regionunun 134 yaşayış məntəqəsində 1600 nəfər arasında keçirilib. Sorğuda iştirak edənlərin yaşı 18-dən yuxarı olub.

Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Türkiyə İdlibə əlavə hərbi kontingent göndərəcək
18.09.2018
“Azərbaycan-Qətər əməkdaşlığının inkişafı üçün geniş perspektivlər var”
18.09.2018
Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
18.09.2018
Paşinyanın mətbuata hücumu başladı
18.09.2018
Ermənistan XİN Nikol Paşinyanın səhvlərini ört-basdır etməyə çalışır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info