Naxçıvanda yol infrastrukturu yenidən qurulur
Tarix: 15.01.2015 | Saat: 20:25:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikasının yol infrastrukturu müasir dövrün tələbləri səviyyəsində yenidən qurulur. 2014-cü ildə muxtar respublikada 73 kilometr uzunluğunda asfalt yollar salınıb, 5 körpü tikilərək istifadəyə verilib, yollarda genişmiqyaslı yenidənqurma və təmir işləri aparılıb. Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Şirkətinin məlumatına görə, şirkətin kollektivi 1473 kilometr yola xidmət edir. Bunun 274 kilometri dövlət və respublika əhəmiyyətli, 1199 kilometri isə yerli əhəmiyyətli yollardır. Kollektiv qış günlərində də ən ucqar yollarda belə hərəkətin intensivliyinin təmin olunması üçün lazımi tədbirlər görüb. Hazırda 7 yaşayış məntəqəsini birləşdirən Şəkərabad-Babək-Nehrəm-Arazkənd dairəvi avtomobil yolu yenidən qurulur.
Qeyd edək ki, 2013-cü ildə muxtar respublikada 164 kilometr uzunluğunda yol salınıb və ya əsaslı təmir olunaraq istismara verilib, 21 körpü tikilib, 12 körpü isə təmir olunub. Prezident İlham Əliyevin 2013-cü il 5 mart tarixli Sərəncamı ilə Babək rayonunun 13 yaşayış məntəqəsini əhatə edən 25,6 kilometr uzunluğunda Hacıvar-Vayxır-Sirab yolunun tikintisinə 6,3 milyon manat vəsait ayrılıb. Həmin vəsait hesabına yolun tikintisi başa çatdırılıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info