“I Avropa Oyunlarına indiyədək 300 milyon manatdan çox vəsait xərclənib”
Tarix: 15.01.2015 | Saat: 20:31:00 | E-mail | Çapa göndər


“Hazırda bütün idman qurğularda işlər qrafik üzrə gedir. 95 faiz işlər demək olar tamamlanıb, ətrafda abadlaşma işləri görülüb, müvəqqəti qurğular tikilir, su hovuzlar ətrafında oturacaq qurulur”.
Bunu gənclər və idman naziri Azad Rəhimov deyib.
İyunun 12-28-də Bakıda keçiriləcək I Avropa Oyunları üçün idman qurğuları nəzərdə tutulan vaxtda hazır olacaq. A.Rəhimov bildirib ki, hər hansı bir gecikmə gözlənilmir: “Martın sonunda bütün işlər bitəcək. Bu günə oyunları tamamlamaq üçün heç bir çətinliklər yoxdur. Fevral-martda sınaq oyunları keçirmək üçün bütün işləri bitirmək istəyirik”.
Nazir Avropa Oyunlarının büdcəsi ilə bağlı da məlumat verib. Onun sözlərinə görə, Avropa və digər yarışlar üçün büdcə xərcləri 2 hissəyə bölünür: “Dövlətin 2018-ci ilə kimi təsdiq olunun investisiya proqramı var. Bura bütün sahələrlə yanaşı, idman da daxildir. İkinci büdcə “Bakı-2015”in əməliyyat büdcəsidir ki, bu oyunlar üçün işləyənlərin maaşı, qurğular, hesablama sistemləri, həmçinin müvəqqəti qurğular, kommunikasiya-PR işləri nəzərdə tutulur. Bütün bunlara 950 milyon manat ayrılıb, hazırda bu vəsaitin 300 milyondan çoxu xərclənib. İnvestisiyanın digər hissəsi 68 min nəfərlik stadionu, su hovuz kompleksi, atıcılıq stendin yenidən qurulması işləridir, 300 metrlik optika məsafədən atış kompleksi olacaq. Tiflis prospektində və bulvarda əl oyunları kompleksi də təmir edilir”.
A.Rəhimov ev sahibi kimi 300-dən çox idmançı ilə qatılacağımız “Bakı-2015”də uğurlu çıxışa inam ifadə edib. O bildirib ki, London Yay Olimpiya Oyunlarında Avropa ölkələri arasında 15-ci, həmçinin Yeniyetmələrin Nanjinqdə keçirilən Yay Olimpiya Oyunlarında medal hesabında 10-cu yeri tutması buna gözəl zəmin yaradır: “Biz çox istəyərdik ki, öz vətənimizdə də bu rəqəmlərdən aşağı düşməyək”.
Qeyd edək ki, 20 idman növü üzrə keçiriləcək Avropa Oyunlarında 49 ölkənin komandası iştirak edəcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info