“Rusiyaya tətbiq edilən sanksiyalar iqtisadi cəhətdən bumeranq effekti yaradıb”
Tarix: 15.01.2015 | Saat: 23:08:00 | E-mail | Çapa göndər


Makadams: “ABŞ Ukraynada baş verən çevrilişə dəstək verdiyini etiraf etməyərək, sülh danışıqlarında irəliləyişlərin qarşısını almaq üçün mümkün olan hər şeyi edir”

Avropa Birliyinin xarici işlər üzrə səlahiyyətli nümayəndəsi Federika Moqerini birlik ölkələrini qlobal diplomatiya üzrə Rusiya ilə əməkdaşlığı davam etdirməyə dəvət edib . O, ticarət və digər məsələlər üzrə nəzərdə tutulan bu təklifi qarşıdakı bazar ertəsi Brüsseldə gözlənilən görüşdən əvvəl 28 ölkənin xarici işlər nazirlərinə göndərib.
Bu barədə “Röyters” agentliyi məlumat yayıb. AB xarici işlər nazirlərinə göndərilən sənəddə Suriya, İraq, Liviya, İran və Şimali Koreya problemləri ilə yanaşı, Afrikanın hüdudlarını aşmaqda olan “Ebola” virusu, həmçinin Fələstin məsələsinin Moskva ilə müzakirə edilə bilməsi nəzərdə tutulub. Dörd səhifəlik sənəddə “Lissabondan Vladivostoka qədər” azad ticarət təşkilatının uzunmüddətli məqsədi və eyni zamanda Rusiya ilə ticarətin genişləndirilməsi üçün təkliflər yer alıb. Qeyd edək ki, bu arada Ron Paul İnstitutunun direktoru Deniel Makadams maraqlı bəyanatla düqqət mərkəzinə düşüb. O bildirib ki, Amerika Birləşmiş Ştatları Ukraynada baş verən çevrilişə dəstəyi verməklə etdiyi səhvi etiraf etmək iqtidarında deyil. Ona görə də sülh danışıqlarında irəliləyişlərin qarşısını almaq üçün mümkün olan hər şeyi edir: “Avropa Birliyi Rusiyaya qarşı tətbiq edilmiş sanksiyaların aradan qaldırılması üçün yollar axtardığı bir məqamda, belə görünür ki, bunlar ABŞ-ın maraqlarına cavab vermir”. Bu fikirləri “RT” televiziya kanalı ilə bölüşən Makadams əlavə edib ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar iqtisadi cəhətdən bumeranq effekti yaradıb və bundan daha çox Avropa Birliyi ölkələrinin sakinləri əziyyət çəkirlər: “Buna baxmayaraq AB-nin hər hansı bir cəhdi Vaşinqton tərəfindən güclü təzyiqlə üzləşir. Avropalılar, əsasən də fransız və almanlar iqtisadiyyatlarına gözlədiklərindən də artıq zərbə dəydiyini başa düşdükdən sonra sanksiyalardan yaxa qurtarmaq üçün yollar axtarırlar. Xatırladım ki, Fransa prezidenti Fransua Olland Qazaxıstanda keçiriləcək sammit zamanı tərəqqi əldə ediləcəyi təqdirdə, Rusiyaya qarşı sanksiyaların dərhal ləğv olunacağı barədə bəyanat vermişdi. Belə görünür ki, AB gözlənilən tənəzzüldən çıxış yolu axtarır”. Makadamsın iddiasına görə, ABŞ Rusiyaya sanksiya məsələsində mövqelərini dəyişməmələri üçün Brüssel və ayrı-ayrılıqda birliyə üzv olan dövlətlərin hökumətlərinə təzyiqlərini davam etdirəcək. Yeri gəlmişkən qeyd edək ki, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer də Rusiyaya qarşı sərt sanksiyaların tənqidçiləri sırasına qoşulub. O, “Die Welt” qəzetinə verdiyi açıqlamasında sanksiyaların Avropada sabitliyə töhfə olmadığını nəzərə çatdırıb.
Ağasəf BABAYEV




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info