20 yanvar faciəsinin 25-ci ildönümü anılıb
Tarix: 15.01.2015 | Saat: 23:09:00 | E-mail | Çapa göndər


Dövlət Fitosanitar Nəzarəti Xidmətində
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2014-cü il tarixli tapşırığına əsasən 20 yanvar faciəsinin 25-ci ildönümünün keçirilməsi ilə əlaqədar tədbirlər planına uyğun olaraq 15 yanvar 2015-ci ildə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətində 20 yanvar faciəsinin 25-ci ildönümü anılıb.

Tədbiri giriş sözü ilə açan Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev 20 yanvar faciəsini bəşər tarixində Azərbaycan xalqına qarşı törədilmiş ən qanlı cinayətlərdən biri kimi qeyd edərək, Bakı şəhərində sovet ordusu tərəfindən dinc əhalinin vəhşicəsinə gülləboran edilməsini, tankların altında yüzlərlə qocaların, uşaqların, qadınların əzilməsini söyləyib.
Camal Quliyev deyib ki, bu təcavüzün məqsədi Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsini beşikdə boğmaq məqsədi daşıyırdı. Lakin sovet imperiyası öz çirkin məqsədlərinə çata bilmədi. Azərbaycan xalqı vəhşiliklə həyata keçirilən bu cəza tədbirindən qorxmadı, əksinə azadlıq arzularını həyata keçirdi.
Xalqımız 1990-cı ilin 20 yanvarını qəhrəmanlıq səhifəsi kimi yaşayıb.
Azərbaycan xalqı bu sınaqdan qəhrəman bir döyüşçü kimi çıxdı.
Cinayətin törədilməsində birbaşa rolu olan o vaxtkı xəyanətkar Azərbaycan rəhbərləri bu faciəyə siyasi qiymət verməkdən belə imtina etdilər.
Faciədən dərhal sonra Ulu Öndər Heydər Əliyev özünün və ailəsinin həyatını təhlükə altında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib Bakıda baş verən faciə barədə bütün dünyaya həqiqəti çatdırdı. Azərbaycan xalqına baş sağlığı verdi.
Ulu Öndər böyük bir cəsarətlə bu cinayətin SSRİ rəhbəri Mixail Qorbaçovun, Yazovun və o vaxtkı Azərbaycan rəhbərliyinin hazırladıqları ssenari əsasında həyata keçirilməsini bəyan etdi.
20 yanvar faciəsinə ilk dəfə olaraq yalnız Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra 1994-cü ildə siyasi qiymət verildi və bu cinayətin səbəbləri, günahkarları bütün dünyaya açıqlandı.
Ulu Öndəri Heydər Əliyev tərəfindən «20 yanvar - Ümumxalq Hüzn Günü» elan edildi.
Camal Quliyev onu da bildirib ki, Heydər Əliyevin layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə hər il Prezident Administrasiyası tərəfindən Qanlı Yanvar faciəsinin ildönümü ilə əlaqədar geniş tədbirlər planı hazırlanır.
Respublikanın bötün şəhər və rayonlarında, idarə və müəssisələrində, xarici ölkələrdəki səfirliklərimizdə, diaspor təşkilatlarında anma mərasimləri keçirilir.
Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində şəhid ailələrinə və sağlamlıqlarını itirənlərə göstərilən maddi yardımlar ilbəil artırılır.
Bütün bunlar göstərir ki, 20 yanvar faciəsi xalqımız tərəfindən heç vaxt unudulmayacaq, 20 yanvar şəhidlərinin nurlu xatirəsi azərbaycanlıların və bütün dünya türklərinin qəlbində əbədi yaşayacaqdır.
Sonra 20 yanvar şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Tədbir iştirakçılarından Xoşqədəm Ələsgərova, İlham Bayramov, Daməd Sultanov və Yaqub İbrahimov öz çıxışları ilə 20 yanvar faciəsi barədə fikirlərini bildirdilər.
Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi Həmkarlar komitəsinin sədri Hidayət Kazımov iştirak və çıxış edib.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb
13.11.2018
Külli miqdarda siqareti yanacaq çənində gizlətdi
13.11.2018
Yeni ildə yaxınlarınıza İSMA Bikes hədiyyə edin
13.11.2018
“Azərçay” və “Bizim Tarla” Lənkəran “Çay, çəltik, sitrus festivalı“nda
13.11.2018
Sığorta şirkətinin yığımları 12 mln. manata çatdı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info