Təhsil Problemləri İnstitutunda təqdimat
Tarix: 15.01.2015 | Saat: 23:56:00 | E-mail | Çapa göndər


Təhsil Problemləri İnstitutunda (TPİ )Oracle və Java proqramlaşdırmasına dair təqdimat olub. TPİ-dən bildiriblər ki, tədbirdə institutun direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov respublikamızda təhsil sisteminin yenidən qurulması, modernləşdirilməsi və bu işlərin pedaqoji innovasiyalardan istifadə edilməklə yerinə yetirilməsinin prioritet məsələ olduğunu vurğulayıb.
Bu problemlərin həlli üçün yeni pedaqoji araşdırmalara, ən əsası isə müasir informasiya kommunikasiya texnologiyalarının (İKT) köməyindən istifadəyə ehtiyac olduğu diqqətə çatdırılıb. Qeyd edilib ki, İKT-nin təhsildə tətbiqi və inteqrasiyası müasir bilik və bacarıqlara malik yeni nəslin formalaşmasına birbaşa təsir edən vacib amildir. Oracle Akademiyasının nümayəndəsi Sinem Kaya təmsil etdiyi qurum barədə məlumat verib. Türkiyədə Oracle Akademiyasının saytındakı kurslardan keçən müəllimlər və informasiya texnologiyaları üzrə mütəxəssislərin fəaliyyətindəki irəliləyişdən danışan qonaq hazırda xarici ölkələrlə yanaşı, Azərbaycanda da bu saytdakı kurslardan keçmiş və beynəlxalq dərəcəli sertifikat əldə etmiş nümayəndələrin olduğunu bildirib. S.Kaya Java və Oracle proqramlaşdırmasının üstünlüklərindən də söz açıb. Sonda mövzu ilə bağlı müzakirələr aparılıb, təkliflər irəli sürülüb.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10496

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info