Fransalı səfirdən ermənilərə zərbə
Tarix: 16.01.2015 | Saat: 15:03:00 | E-mail | Çapa göndər


Fransanın ABŞ-dakı səfiri Jerar Aronun uydurma “erməni soyqırımı” ilə bağlı ABŞ-ın NBC telekanalına açıqlaması Fransadakı ermənilərin etirazına səbəb olub. “Novosti-Armeniya” agentliyinin verdiyi xəbərə görə, Fransadakı erməni məsələsi üzrə büro Fransanın xarici işlər naziri Loran Fabiusa etiraz məktubu göndərib.
Qeyd edək ki, səfir J. Aro Fransada Holokost (yəhudi soyqırımı) və “erməni soyqırımı”nı inkar etməyin qanunla qadağan olunduğu halda, nə üçün islam əleyhinə karikaturalar çəkilməklə provokasiya törədilməsinə icazə verildiyi barədə sualı belə cavablandırıb: “Əslində “erməni soyqırımı”nı inkar etməyin qadağan olunması haqda qanun yoxdur. Holokostun inkarı ilə bağlı qanun var, çünki bu, fikir deyil, Holokost doğrudan da baş verib. “Holokost” olmayıb deməklə siz hansısa fikir ifadə etmirsiniz, çünki bu, faktdır. Fransada Holokostu inkar etməkdən başqa hər şeyə icazə var. Əlbəttə, insanı ləkələyən məlumatlardan başqa”.
Fransadakı Erməni Bürosunun məktubunda isə deyilir ki, Fransa təmsilçisinin bu fikirləri dövlətin rəsmi mövqeyinə ziddir, çünki Fransa rəsmi şəkildə “erməni soyqırımı”nı tanıyıb. Məktub müəllifləri səfirin bu sözlərinə rəsmi münasibət bildirilməsini xahiş ediblər. Amerika Erməni Milli Komitəsi isə Fransanın Vaşinqtondakı səfirliyi qarşısında etiraz aksiyası keçirməyə çağırıb
Tural




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
Malinin baş naziri və hökuməti istefa verib
19.04.2019
Londonda mitinq zamanı 400 nəfər həbs edilib
19.04.2019
Notr-Dam kilsəsində alışmaya səbəb qısa qapanma olduğu ehtimal olunur
19.04.2019
Avropa Parlamentinin Çinə çağırışı
18.04.2019
ABŞ-ın baş prokuroru Trampın Rusiya ilə əlbir olmadığını rəsmən bəyan edib

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10751

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info