AYOL beynəlxalq əlaqələrini genişləndirir
Tarix: 16.01.2015 | Saat: 15:43:00 | E-mail | Çapa göndər


Litva Azərbaycanlı Gənclər Təşkilatının (AYOL) nümayəndələri İtaliyada təşkil olunmuş beynəlxalq layihədə iştirak ediblər.
İtaliya, İspaniya, Yunanıstan, Azərbaycan, Litva və Polşadan olan 30 nəfər gəncin qatıldığı beynəlxalq tədbirin əsas məqəsədi müxtəlif ölkələrin mədəniyyətləri arasında əlaqələrin gücləndirilməsi olub. Qeyd edirik ki, tədbirdə AYOL-un 6 nümayəndəsi iştirak edib.
Keçirilmiş tədbirdə AYOL İtaliya, Azərbaycan və Litva münasibətləri, gələcək əməkdaşlığın perspektivləri və birgə layihələrin keçirilməsi ətrafında fikir mübadiləsi aparıblar. Tədbir müddətində keçirilmiş mədəniyyət günündə Azərbaycan guşəsi də iştirakçılar tərəfindən xüsusi marağla qarşılanıb. Azərbaycan guşəsində ölkəmizin milli suvenirləri, fotoalbomları, tarixi və turizm potensialını əks edən məlumat kitabçaları yer alıb.
Qeyd edirik ki, AYOL bir sıra beynəlxalq gənclər təşkilatları ilə elm, təhsil, mədəniyyət və informasiya mübadiləsi sahəsində əməkdaşlıq əlaqələrini genişləndirməyi planlaşdırır.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Sabahın hava proqnozu açıqlanıb
19.01.2019
Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info