Hərbçilərimiz Qızıl Meydandakı paradda iştirak edə bilərlər
Tarix: 16.01.2015 | Saat: 16:16:00 | E-mail | Çapa göndər


Azərbaycanlı hərbçilər Moskvada 1941–1945-ci illəri əhatə edən Böyük Vətən müharibəsində qazanılan qələbənin 70 illiyinə həsr edilmiş Qızıl Meydanda keçiriləcək paradda iştirak edə bilərlər. Bu barədə “Trend” “Nezavisimaya qazeta”ya istinadən xəbər verir.
Rusiya Silahlı Qüvvələrinin Şəxsi heyətlə iş üzrə Baş İdarəsinin rəisi general-mayor Mixail Smıslovun sözlərinə görə, paradda 15 xarici ölkənin ordu hissələri iştirak edəcəklər. Tədbirdə Azərbaycanla yanaşı, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və Moldovadan olan hərbçilərin iştirakı nəzərdə tutulub.
Qələbənin 70 illiyi şərəfinə təntənələr bu il keçiriləcək.
Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov bu təntənələri Vladimir Putinin xarici siyasət təqvimində birinci və əsas bənd adlandırıb: “Bu, çox böyük tədbir olacaq, ümid edirəm ki, çoxlu sayda əcnəbi iştirakçı olacaq. Təntənələr zamanı şübhəsiz ki, mühüm ikitərəfli görüşlər keçiriləcək”.
Vladimir Putin bundan əvvəl bildirmişdi ki, MDB ölkələrinin liderlərini Qələbə Paradına dəvət edib: “Bizim ümumi borcumuz bu əlamətdar yubileyi birlikdə layiqincə qeyd etməkdir”.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info