AOK rəsmiləri “Bakı-2015”ə hazırlığı yüksək qiymətləndiriblər
Tarix: 16.01.2015 | Saat: 17:15:00 | E-mail | Çapa göndər


“Mingəçevir şəhərindəki obyektlərdə əldə edilən irəliləyişlər bizi heyran etdi. Bura şübhəsiz ki, idmançıların hər cür ehtiyaclarını qarşılayacaq və onlara Oyunlar zamanı ən yüksək şəkildə çıxış etmək imkanı yaradacaq”.
“Bakı-2015”in Təşkilat Komitəsindən verilən məlumata görə, bu fikirlər Avropa Olimpiya Komitəsinin (AOK) Oyunlar üzrə baş məsləhətçisi Guido de Bondt və İrlandiya Milli Olimpiya Komitəsinin baş katibi Dermot Henihana məxsusdur.
AOK rəsmiləri Mingəçevir şəhərindəki “Kür” Olimpiya Mərkəzinə etdikləri səfərin yekunu olaraq, orada əldə edilən irəliləyişlər xoş sözlər deyiblər. Burada ərazini gəzərək, mövcud qurğuda gedən yenidənqurma işləri barəsində son məlumatları alan qonaqlar Azərbaycanın ilk Avropa Oyunlarına uğurla ev sahibliyi edəcəyinə əminliyini ifadə ediblər: “Birinci Avropa Oyunlarını həyata keçirməsi üçün “Bakı-2015”in Əməliyyat Komitəsinə qısa vaxt müddətinin verilməsinə baxmayaraq, əminik ki, onların detallı planlaşdırmaları və gərgin işləri obyektin qrafik üzrə və yüksək standarta cavab verəcək şəkildə tamamlanmasını təmin edəcək. “İşıqlar şəhəri” kimi tanınan Mingəçevir Bakıdan təxminən 250 kilometr məsafədə, çay sahilində yerləşir və Azərbaycanın avarçəkmə idman komandalarının vətəni hesab edilir. Avropa Oyunlarının tələblərinə uyğun yüksək səviyyəli standartlara cavab verməsi üçün mövcud obyektdə geniş təkmilləşdirmə işləri gedir”.
Qeyd edək ki, Avropa Oyunları çərçivəsində Mingəçevir şəhərindəki 3 günlük avarçəkmə yarışları iyun 14-16-a təsadüf edəcək. 12 kayak (kişilər və qadınlar arasında) və 3 kanoe (yalnız kişilər arasında) qayıqlarında mübarizəyə 350-dən çox idmançı qatılacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info