Təhsil Problemləri İnstitutunda 2015-ci ilin planları müzakirə edilib
Tarix: 16.01.2015 | Saat: 17:46:00 | E-mail | Çapa göndər


Təhsil Problemləri İnstitutunda keçirilən iclasda iki məsələ ətrafında müzakirə aparılıb. Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının tələbləri baxımından 2015-ci ildə elmi-tədqiqat işlərinin başlıca istiqamətləri və hazırlanacaq “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası: perspektivlər, vəzifələr” kitabının mündəricatının müzakirəsi keçirilib. İnstitutun Beynəlxalq əməkdaşlıq və informasiya şöbəsindən “Palitra”ya verilən məlumata görə, institutun direktoru hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov müasir dövrdə təhsil sisteminin başlıca vəzifələri barədə danışaraq bildirib ki, İnsan kapitalının inkişaf etdirmək və Azərbaycan Respublikasının beynəlxalq rəqabət qabiliyyətini yüksəltmək, yüksək keyfiyyətli vətəndaş və şəxsiyyət yetişdirmək, müasir təfəkkürlü və rəqabət qabiliyyətli kadrlar hazırlamaq, təhsil alanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq üçün elə təhsil sistemi yaratmaq lazımdır ki, səriştəli təhsilverənlərə və ən yeni texnologiyalara əsaslansın, infrastruktura malik olsun, keyfiyyət nəticələrinə və əhatəliliyinə görə dünya ölkələri sırasında qabaqcıl mövqe tutsun. Bütün bunların fəaliyyətə keçirilməsi işində institutun üzərinə böyük məsuliyyət düşdüyünü və çox böyük tədqiqatların aparılmasının zəruri olduğunu vurğulayıb. Gündəlikdə duran əsas məsələlər barədə çıxış edən institutun direktor müavini, pedaqoji elmlər üzrə fəlsəfə doktoru Ənvər Abbasov təhsilin inkişafı üzrə Dövlət Strategiyasının tələbləri baxımından 2015-ci ildə elmi-tədqiqat işlərinin başlıca istiqamətləri mövzusunda təqdimatla çıxış edib. Çıxışında Təhsil Problemləri İnstitutunda reallaşdırılacaq Dövlət Strategiyasından irəli gələn tədqiqat istiqamətlərini açıqlayıb. Ənvər Abbasov təqdimatında səriştəyə əsaslanan şəxsiyyət yönümlü məzmunun yaradılması üzrə, yüksək nüfuzlu təhsil verənlərin formalaşması, yeni idarəetmə sisteminin, yeni infrastrukturun, yeni maliyələşdirmə mexanizmlərinin yaradılması üzrə və s. məsələlər üzrə pedaqoji problemləri əks etdirən istiqamətlərdən danışıb. Çıxışında pedaqoji problemləri əks etdirən istiqamətlər üzrə mövzuları açıqlayaraq, göstərilən nümünələrə dair məsələlərə toxunub. Sonra Ənvər Abbasov gündəliyin ikinci hissəsinin mövzusu olan “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası: perspektivlər, vəzifələr” kitabının mündəricatı barədə məlumat verib. Hazırlanacaq kitabın mündəricatı ətrafında fikir mübadiləsi aparılıb. İclasda Təhsil Problemləri İnstitutunun direktor müavinləri, elmi məsləhətçilər, şöbə müdirləri iştirak ediblər.

Anar




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib
20.11.2018
Auditorlar Palatası Gömrük Komitəsi ilə əməkdaşlığa dair sənəd imzalayacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info