Yeni ildə “Kütləvi çıxarış” kampaniyası Masallıda
Tarix: 16.01.2015 | Saat: 18:28:00 | E-mail | Çapa göndər


Əmlak Məsələləri Dövlət Komitəsi ötən ilin noyabrında start verdiyi “Kütləvi çıxarış” kampaniyasını davam etdirir. Belə ki, yeni ildə bu kampaniya Masallı rayonunda keçirilib. Rayonun 100-ə yaxın vətəndaşının əvvəlki illərdə verilmiş mülkiyyət sənədləri dövlət reyestrindən çıxarışlarla əvəz olunub.
Qeyd edək ki, bu kampaniya Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2014-cü il tarixli Fərmanına əsasən həyata keçirilir. Kampaniya çərçivəsində vətəndaşlara əvvəllər verilmiş mülkiyyət barədə aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri kütləvi şəkildə çıxarışlarla əvəz edilir.
İndiyədək Saatlı, Şəmkir, Abşeron, Cəlilabad, Qəbələ və Şəki sakinləri kampaniyadan faydalana bilib. Kampaniya başlayandan bu günədək ümumilikdə 1300-ə yaxın vətəndaşın mülkiyyət sənədləri çıxarışla əvəz edilib.
Dövlət reyestrindən çıxarışların vətəndaşlara mobil ofis xidmətləri vasitəsilə birbaşa yerlərdə təqdim olunması isə kampaniya zamanı rahatlığı və çevikliyi təmin edib. Vətəndaşların qeydiyyat idarələrinə gəlməsinə və buna vaxt sərf etməsinə ehtiyac olmayıb. Onlar evlərinə yaxın məntəqədə komitənin nəqliyyat vasitələrində çıxarışlarını ala biliblər.
Eyni zamanda, bildirək ki, mülkiyyət sənədlərinin dövlət reyestrindən çıxarışlarla əvəz olunması ərazi qeydiyyat idarələrində də aparılır. Kampaniyadan faydalanmaq istəyən vətəndaşlar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 148 saylı qaynar xəttinə və ya Xidmətin müvafiq ərazi idarəsinə müraciət edə bilər.
Əmlak Məsələləri Dövlət Komitəsinin bu kampaniyası vətəndaşlar üçün mühüm əhəmiyyət kəsb edir. Kampaniya respublikanın digər şəhər və rayonlarında da mütəmadi olaraq davam etdiriləcək.
Kampaniyanın davamlı həyata keçirilməsində məqsəd daşınmaz əmlakın qeydiyyatı sahəsində sosial məmnunluğu artırmaqdır.

Fuad




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib
14.11.2018
Daxili orqanlarında narkotik vasitə keçirmək istədilər
14.11.2018
“Xanoba“ gömrüyündə qızıl zərgərlik məmulatları keçirən şəxs saxlanılıb
14.11.2018
“Ölkəmizi tanıyaq”: Onuncu tur-aksiyada 76 şəhər və rayondan 3190 şagird iştirak edir
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10469

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info