Elman Mehdiyev:“2014-cü il ərzində pensiyaların qrafikdən əvvəl maliyyələşdirilməsi təmin olunub”
Tarix: 16.01.2015 | Saat: 19:01:00 | E-mail | Çapa göndər


2014-cü il ərzində Dövlət Sosial Müdafiə Fonduna daxilolmaların səviyyəsi pensiya və müavinətlərin qrafikdən əvvəl maliyyələşdirilməsinə imkan verib. Bunu DSMF-nin ötən il üçün büdcəsinin icrası ilə bağlı açıqlamasında Fondun sədri Elman Mehdiyev deyib.
E.Mehdiyev vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurla gerçəkləşdirdiyi islahatlar nəticəsində əldə edilmiş makroiqtisadi sabitlik və iqtisadiyyatın dinamik artımı ölkəmizin sosial-iqtisadi həyatının bütün sahələrinin, o cümlədən sığorta-pensiya sisteminin davamlı inkişafını təmin etməkdədir. Bu əsasda DSMF-nin gəlir və xərclərinin icrası, sığorta-pensiya sistemində beynəlxalq standartların tətbiqi və əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri 2014-cü ildə də uğurla davam etdirilib.
Fond sədri məlumat verib ki, 2014-cü ildə Fondun gəlirləri 2894,3 mln. manat təşkil edib ki, bu da 2013-cü ilə nisbətən 223,0 mln. manat və ya 8,3 faiz çoxdur. Hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2013-cü ilə nisbətən 10,2 faiz və ya 160,8 mln. manat artaraq 1744,9 mln. manat təşkil edib.
Bildirilib ki, 2014-cü ildə sosial sığorta haqlarının 64,6 faizi və ya 1126,4 mln. manatı qeyri-büdcə sektorundan daxil olub ki, bu da əvvəlki ilə nisbətən 13,5 faiz və ya 134,4 mln. manat artıqdır. E.Mehdiyev bunun ölkədəki iqtisadi inkişafın birbaşa göstəricisi olduğunu vurğulayaraq, sosial sığorta sistemində iştirakçıların aktivliyinin artırıldığını da xüsusi qeyd edib.
Məlumat verilib ki, hesabat dövrü ərzində həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və torpaq pay mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi işləri gücləndirilib. Nəticədə, 2013-cü il ilə müqayisədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən daxilolmalar 15,1 faiz, torpaq pay mülkiyyətçilərindən daxilolmalar 5,4 faiz artıb. Diqqətə çatdırılıb ki, büdcədən maliyyələşən təşkilatlardan daxil olmuş sosial sığorta haqqının məbləği 618,5 mln. manat təşkil edib. Hesabat dövründə dövlət büdcəsinin transferti proqnozla nəzərdə tutulduğu məbləğdə, yəni 1142,0 mln. manat həcmində Fondun hesabına daxil olmuşdur. DSMF-nin sair gəlirlər (sanatoriya-kurort yollayışlarının qismən dəyərinin ödənilməsi və s.) üzrə daxilolmaları 7,4 mln. manat təşkil edib.
Ötən il ərzində DSMF-nin xərclərinin 2868,8 mln. manat təşkil etdiyini bildirən E.Mehdiyev bunun da 2809,1 mln. manatının və yaxud 98%-nin əhaliyə ödənişlərə yönəldildiyini deyib. Qeyd olunub ki, pensiya xərcləri 2738,5 mln. manat, məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər isə 70,6 mln. manat təşkil edib.
Həmçinin bildirilib ki, Fondun aparatının və yerli orqanlarının saxlanılması xərcləri 22,5 mln. manat, pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərclərinə 17,5 mln. manat, sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası vasitəsilə maliyyələşdirilən xərclər 18,6 mln. manat təşkil edib.
İlkin




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info