“Kənd təsərrüfatı ili”ndə Qubada yeni regional laboratoriya qurulur
Tarix: 16.01.2015 | Saat: 19:02:00 | E-mail | Çapa göndər


Qubada Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə “Meyvəçilikdə mütərəqqi becərmə texnologiyalarının tətbiqi və tingçiliyin inkişafı” mövzusunda regional müşavirə keçirilib. Rayonun Zərdabi qəsəbəsində yerləşən Aqrar Elm Mərkəzi Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutunda keçirilən müşavirədə Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarında fəaliyyət göstərən kənd təsərrüfatı qurumlarının rəhbərləri, alimlər, mütəxəssislər, fermerlər və digər özəl bölmələrin nümayəndələri iştirak ediblər.
Müşavirənin əsas məqsədi bitkiçilik məhsullarının istehsalçılarına, eyni zamanda, meyvəçiliklə məşğul olan fermerlərə məhsuldarlığın yüksəldilməsində, ting istehsalının müasir standartlara uyğun səviyyədə qurulmasında kömək etməkdir.
Regional müşavirədə Kənd Təsərrüfatı Nazirliyi Aparatının bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov “Quba-Xaçmaz bölgəsində meyvəçiliyin vəziyyəti və inkişaf perspektivləri”, Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi Möhtəsim Əhmədov “Tingçiliyin mövcud vəziyyəti və İnkişaf etdirilməsi”, Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutunun elmi işlər üzrə direktor müavini Vahid Əliyev “Meyvə bağlarında mövsümü qulluq işləri” mövzularında çıxışlar ediblər.
Bununla yanaşı, “Yeni texnologiya ilə salınmış bağlarda becərmə tədbirləri”, “Mütərəqqi becərmə texnologiyalarında gübrələrdən istifadənin əhəmiyyəti”, “Amerika ağ kəpənəyinin bioloji xüsusiyyətləri və ona qarşı mübarizə tədbirləri” mövzuları da əsas müzakirə predmeti olub.
Regional müşavirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsi bir daha diqqətə çatdırılıb. Bu sərəncamın ölkəmizdə kənd təsərrüfatı sahəsinin daha da inkişaf etdirilməsində müstəsna rol oynayacağı xüsusi vurğulanıb.
Müşavirədə, həmçinin qeyd olunub ki, şimal bölgəsində tingçilik və toxumçuluq sahəsində sertifikatlaşdırılmanın həyata keçirilməsi üçün Qubada yeni regional laboratoriyanın qurulmasına başlanılıb.
Mövzular ətrafında müzakirələrdən sonra müşavirə iştirakçıları yeni texnologiyaların tətbiq edildiyi bağ sahələrinə baxış keçiriblər.
Tarla şəraitində müasir becərmə sistemini nümayiş etdirmək məqsədilə rotorlu kultivatorların cərgələrarası becərməsi, eyni zamanda, budama zamanı bitki qalıqlarını xırdalayıb doğrayan aqreqatların iş prinsipi fermerlərə əyani şəkildə göstərilib. Bildirilib ki, bu müasir texnikalardan istifadə etməklə meyvəçilikdə məhsuldarlığı yüksəltmək və əl əməyini azaltmaqla iqtisadi rentabelliyin səviyyəsini yüksəltmək olar.

Nigar




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Aİ nümayəndələri Naxçıvanda fiziki məhdudiyyətli uşaqlarla görüşüblər
23.09.2018
Naxçıvan Biznes Mərkəzində avropalı diplomatların sahibkarlarla görüşü olub
23.09.2018
Naxçıvanda “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimi olub
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info