“Kənd təsərrüfatı ili”ndə yeni layihələrin icrasına başlanacaq
Tarix: 16.01.2015 | Saat: 19:21:00 | E-mail | Çapa göndər


Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması və kənd təsərrüfatı məhsullarının keyfiyyətinin yüksəldilməsi məqsədilə yeni layihələrin icrasına başlanılacaq.
Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq şöbəsinin müdiri Qalib Əbdüləliyev bildirib ki, əsas hədəflərdən biri ailə kəndli təsərrüfatlarının inkişaf etdirilməsindən ibarətdir. Q. Əbdüləliyevin sözlərinə görə, bununla bağlı hazırda nazirlik yeni layihə üzərində işləyir. Şöbə müdiri deyib ki, heyvandarlığın yeni inkişaf modelində xırda pay torpaqlarına malik olan ailə təsərrüfatlarında hazırda saxlanılan az məhsuldar heyvanların yüksək məhsuldar heyvanlarla əvəz edilməsi təklif edilir: “Bununla yanaşı, belə təsərrüfatların stimullaşdırması və eyni zamanda yaxşı, təmiz məhsulun əldə olunması məqsədilə heyvanların tövlə şəraitinin də modern şəkildə qurulması nəzərdə tutulub. Burada əsas məsələlərdən biri damazlıq işidir, yəni kənd təsərrüfatı heyvanlarının genetik potensialının yüksəldilməsi ilə bağlıdır. Bu potensialı ortaya çıxarmaq üçün heyvanlar yaxşı yemlənməli, yaxşı şəraitdə saxlanılmalı və sağlam olmalıdırlar”.
İlkin təkliflə görə, ailə kəndli təsərrüfatlarına minimal olaraq 5 baş heyvanın verilməsi məqbul sayılır. Bir gündə laktasiya dövründə 20-25 litr süd verən 5 yüksək məhsuldar inək saxlanırlarsa, bir gündə təxminən 100 litr süd istehsal olunar. Q.Əbdüləliyev deyib ki, həmin ailə təsərrüfatı əldə etdiyi südü 40 qəpiyə satsa, bir gündə ailəyə 40 manat gəlir daxil olacaq: “Ailə bunun yarısını mal-qarasına sərf etsə, qalan yarısı da özünə qalacaq. Biz bu prizmadan yanaşırıq. Bütün bunlar ailə təsərrüfatına güzəştli şərtlərlə təqdim olunacaq. Bu, mikrokredit, lizinq və ya başqa bir formada ola bilər. Əsas məqsəd ailə təsərrüfatının o güzəşti hiss etməsidir. Bütün bunlar layihə üzərində iş tam bitdikdən sonra məlum olacaq”.
Heyvandarlıqda damazlıq işinin inkişafı üçün ölkəyə yüksək məhsuldar heyvan cinslərinin idxal olunduğunu qeyd edən şöbə müdiri bildirib ki, bu o həddə çatıb ki, artıq ölkədə yeni cins heyvanlar nəsli yetişib: “Yəni ümumilikdə belə heyvanların əmələ gəlməsi üçün potensial yaranıb. Bu potensialdan istifadə edərək xırda ailə təsərrüfatlarını inkişaf etdirəcəyik və heyvandarlıqda idarə etməni modernləşdirəcəyik. Bu həm də resurslardan, pay torpaqlarından səmərəli istifadə, yüksək məhsuldarlıq, yüksək məhsul bolluğunun yaranmasına gətirib çıxaracaq. Həmçinin məhsul təmiz şəraitdə əldə olunacaq”.
Qeyd edək ki, bu layihə dünyada özünü doğruldan təcrübələrin respublikaya gətirilməsi, ailə təsərrüfatlarına bu istiqamətdə köməklik etmək və yaxşı nümunələrin ölkədə genişlənməsinə şərait yaratmağı hədəf götürüb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info