ABŞ Kubaya qarşı sanksiyaları yüngülləşdirdi
Tarix: 16.01.2015 | Saat: 19:42:00 | E-mail | Çapa göndər


Bundan sonra amerikalı turistlər xüsusi icazə almadan Kubaya səyahət edə, özləri ilə siqar və rom alıb gətirə bilərlər. Yanvarın 16-dan ABŞ-ın Havanaya qarşı sanksiyaları yüngülləşdirən proqramı qüvvəyə minir. Ticarət və maliyyə nazirlikləri tərəfindən sanksiyaların yüngülləşdirilməsi Amerika Prezidentinin Kuba ilə münasibətləri normallaşdırmaq barədə qərarı çərçivəsində aparılır. “Euronews” telekanalı xəbər verir ki, bundan sonra Kubaya telekommunikasiya, kənd təsərrüfatı və tikinti avadanlıqlarının ixracına, səyahət turlarına və bank əməliyyatlarına icazə veriləcək. Amerikalı turistlər də öz növbəsində müəyyən dəyərdə Kuba mallarını, o cümlədən alkoqollu içkiləri və tütün məmulatlarını ölkədən rüsumsuz çıxara biləcəklər.
ABŞ Prezidenti Barak Obama keçən ilin dekabr ayında Kuba ilə münasibətləri bərpa etmək barədə niyyətini açıqlamışdı. Kuba Prezidenti Raul Kastro da öz növbəsində bu qərarı alqışlamış, lakin ölkənin birpartiyalı hakimiyyət sistemindən vaz keçməyəcəyini bildirmişdi.
Bu günlərdə rəsmi Havana ABŞ-la münasibətlərin nizamlanmasına dair razılaşmaya əsasən həbsxanalarda saxlanılan bütün 53 dissidenti azad edib.

Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2019
Əfqanıstanda NATO konvoyuna hücum olub
20.09.2019
Nigeriyada 34 mindәn çox uşaq aclıq tәhlükәsi ilә üz-üzәdir
20.09.2019
ABŞ iki kubalı diplomatı ölkədən qovur
20.09.2019
Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy bir daha xəbərdarlıq etdi
20.09.2019
ABŞ İrana qarşı beynəlxalq koalisiya yaratmağa çalışır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 В Великобритании перешли на систему образования СССР
2 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
3 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
4 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
5 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info