İqtisadiyyat və sənaye naziri Neftçalada vətəndaşları qəbul edib
Tarix: 16.01.2015 | Saat: 19:54:00 | E-mail | Çapa göndər


Dövlət başçısının tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bu il də bölgələrdə vətəndaşların qəbulu davam etdirilir. 2015-ci ildə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin bölgələrdə ilk vətəndaş qəbulu yanvarın 16-də Neftçalada keçirilib. Heydər Əliyev Mərkəzində təşkil olunmuş qəbulda Salyan, Neftçala və Biləsuvar rayonlarından olan 50-ə yaxın vətəndaş iştirak edib. Vətəndaşlar əsasən istehsal və emal sahələrinin yaradılması, sahibkarlıq fəaliyyətinin təşkilinə dəstək göstərilməsi, güzəştli kreditlərin verilməsi, yaşayış məntəqəsinin qazlaşdırılması, kənd yollarının tikintisi, elektrik xətlərinin yenilənməsi, sosial və s. məsələlərlə bağlı müraciət ediblər. Müraciətlər diqqətlə dinlənilib, nazir Şahin Mustafayev İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə aid məsələlərin həlli üçün aidiyyəti struktur bölmələrin rəhbərlərinə müvafiq tapşırıqlar verib. Bir sıra müraciətlər yerindəcə həllini tapmış, digərləri Nazirliyin aidiyyəti struktur bölmələri tərəfindən qanunvericiliyə uyğun operativ araşdırılaraq, müvafiq tədbirlər görüləcək.
İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlər barədə isə vətəndaşlara ətraflı izahat verilib, icra vəziyyəti nəzarətdə saxlanılmaqla həll olunması üçün aidiyyəti strukturlara çatdırılacağı bildirilib.
Qəbula gələn sahibkarların bir sıra təklifləri müzakirə edilmiş, əkinçilik, heyvandarlıq, çörəkbişirmə, balıqçılıq, mebel istehsalı və s. sahələr üzrə investisiya layihələrinin maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib.
Qəbul günü birbaşa müraciət edən vətəndaşlar da nazir Şahin Mustafayev tərəfindən qəbul edilib, hər bir vətəndaşın müraciətinə diqqətlə yanaşılmış, müraciətlərin operativ həlli üçün qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. Qəbulda iştirak edən vətəndaşlar mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulunun təşkilinə və yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıq ediblər.
Qeyd edək ki, ötən il iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin 11 vətəndaş qəbulu keçirilib, qəbullarda 700-dən çox vətəndaş müraciət edib.
İlkin




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info