Donetskdə 6 Ukrayna əsgəri həlak olub
Tarix: 16.01.2015 | Saat: 20:01:00 | E-mail | Çapa göndər


Ukrayna tərəfi Donetsk hava limanının tam nəzarətə götürüldüyü haqda separatçıların bəyanatlarını növbəti dəfə təkzib edib.
“Censor.net” və UNİAN-ın verdiyi məlumata görə, Antiterror Əməliyyatının (ATO) mətbuat xidmətinin rəhbəri Roman Turovets şiddətli və arasıkəsilməz hücumlara məruz qalan aeroportdakı Ukrayna kontingentinə lazımi atəş dəstəyinin verildiyini bildirib: “Orada indi döyüş gedir. Hücum səhər saat 08-də başlayıb. Vəziyyət kifayət qədər mürəkkəbdir, lakin nəzarət olunandır. Döyüşçülərimiz güclü atəş dəstəyi alır və bunun sayəsində davam gətirir”.
Antiterror əməliyyatı qərargahının başqa açıqlamasına əsasən son sutka ərzində Donbassda gedən döyüşlərdə 6 Ukrayna əsgəri həlak olub, 18-i yaralanıb.
ABŞ-ın Ukraynadakı səfiri Ceffri Paett bəyan edib ki, separatçıların Donetsk hava limanına hücumları Minsk razılaşmalarının pozulmasıdır: “Rusiya tərəfindən dəstəklənən separatçıların hücumları onların Minsk razılaşmalarını pozmasına dair sonuncu nümunədir”.
Qeyd edək ki, Prokofyev adına Donetsk hava limanı şiddətli döyüşlər və bombardmanlar nəticəsində tam xarabazara çevrilib. Köhnə terminalın xarabalıqları separatçıların, yeni terminal isə Ukrayna ordusunun nəzarətindədir. Hazırda yeni terminalın xarabalıqlarında döyüşlər gedir.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Kvirikaşvili AYİB-in beynəlxalq məsləhətçisi olub
25.09.2018
TASS: Azərbaycan silah bazarında Rusiya Federasiyasının iri tərəfdaşıdır
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb
24.09.2018
Minsk şəhərində “Bakı Bulvarı”
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10143

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
4 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
5 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info