“The Korea Post” jurnalı 20 Yanvara həsr olunan məqalə dərc edib
Tarix: 16.01.2015 | Saat: 20:08:00 | E-mail | Çapa göndər


Cənubi Koreyada dərc olunan “The Korea Post” jurnalının yanvar nömrəsində 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunan məqalə dərc olunub. “Müstəqillik və azadlıq uğrunda mübarizə” başlıqlı məqalədə Azərbaycanda “Qara yanvar” adlandırılan 1990-cı il 20 Yanvar hadisələrindən bəhs olunur və Azərbaycan xalqının milli-azadlıq hərəkatını boğmaq üçün SSRİ rəhbərliyini Bakıya qoşun yeritdiyi bildirilir.
Məqalədə deyilir ki, 26 min nəfərlik sovet qoşun kontingentinin Bakıda qətliam törətməsi nəticəsində 133 nəfər dinc sakin ölüb, 611 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib, beş nəfər isə itkin düşüb: “20 Yanvar şəhidləri Azərbaycan xalqının azadlığı uğrunda canlarından keçib və onlar heç vaxt unudulmayacaq”.
Hadisələr zamanı sovet rəhbərliyinin Azərbaycana xarici mətbuatı buraxmadığını və televiziya qülləsini partlatdığını qeyd edən jurnal Şəhidlər Xiyabanının şəklini və qanlı olaylar zamanı çəkilən fotoları da səhifələrinə yerləşdirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info