“20 Yanvar - Tariximizin qanlı və şanlı səhifəsi”
Tarix: 16.01.2015 | Saat: 20:46:00 | E-mail | Çapa göndər


Azərbaycan tarixinin unudulmaz və qanla yazılmış səhifəsi olan 20 yanvar hadisələrinin 25-ci ildönümü ərəfəsində Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin və AzərTAc-ın birgə layihəsi olan “20 Yanvar - Tariximizin qanlı və şanlı səhifəsi” kitab-albomu işıq üzü görüb.
Layihənin rəhbərləri Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənov və AzərTAc-ın baş direktoru Aslan Aslanovdur. Nəşrdə 20 Yanvar hadisələrinin miqyasını, Azərbaycan xalqının 25 il əvvəl yaşadığı faciəni əks etdirən yüzlərlə fotoşəkil toplanıb. Bu mənada kitab-albomu həm Azərbaycanın indiki və gələcək nəsilləri, həm də Bakıda törədilmiş kütləvi qırğının əsas baiskarı Mixail Qorbaçovu Nobel Sülh mükafatına layiq görmüş dünya üçün yaddaş kitabı adlandırmaq olar. O, eyni zamanda dəhşətli cinayəti törədənlər üçün tarixi dəlil-sübutlara əsaslanan, təkzibolunmaz ittiham aktı təsiri bağışlayır. Tərtibçilər 20 yanvar hadisələrinin səbəblərini, həmin hadisələr ərəfəsində Azərbaycanda yaranmış gərgin ictimai-siyasi vəziyyəti, Ermənistanın əsasız ərazi iddiaları və Dağlıq Qarabağı Azərbaycandan ayırmaq cəhdləri ilə əlaqədar baş qaldırmış etiraz dalğasını, keçmiş sovet rəhbərlərinin xalqımıza qarşı məkrli siyasətini və digər mühüm məqqamları xronoloji ardıcıllıqla təqdim ediblər. Həmin dövrdə cərəyan edən hadisələri və faciəni əks etdirən fotosənədlər “20 yanvara aparan yol”, “İnformasiya blokadası”, “Qanlı statistika”, “Vida günü”, “Şəhidlər”, “Şəhidlər xiyabanı - müqəddəs məkan” başlıqları altında toplanıb. Bu fotoşəkillər AzərTAc-ın və bir çox tanınmış fotoqrafların arxivlərindən götürülüb.
“20 Yanvar - Tariximizin qanlı və şanlı səhifəsi” kitab-albomu 1987-ci ildən başlayan bir dövrü əhatə edir. Nəşrdə keçmiş sovet ordusunun Bakıda törətdiyi hərbi cinayətlərlə yanaşı, Azərbaycan xalqının azadlıq mübarizəsinə, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlər, ulu öndər Heydər Əliyevin həmin ağır günlərdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək qanlı qırğına ilk olaraq etiraz səsini ucaltması və siyasi-hüquqi qiymət verməsi, eləcə də ölkəyə rəhbərliyi dövründə şəhid ailələrinə göstərdiyi diqqət və qayğı, Prezident İlham Əliyevin şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində atdığı sonrakı addımlar da öz əksini tapır. Kitab-albom 20 Yanvar faciəsinə 25 ildən sonra baxış kimi də səciyyələndirilə bilər. Layihədən daha bir əsas məqsəd 20 Yanvar hadisələrinə dair fotoşəkilləri və sənədləri küll halında təqdim etmək, oxucuda, xüsusən dünya ictimaiyyətində faciə barədə aydın və obyektiv təsəvvür yaratmaqdır. Bununla bağlı əsl həqiqətlərin daha geniş auditoriyaya çatdırılması üçün kitab-albom dörd dildə - Azərbaycan, ingilis, rus və ərəb dillərində nəşr olunub.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Xələf Xələfov Xəzər dənizi məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilib
14.11.2018
Savelyev: “Rusiya ilə Azərbaycanın münasibətləri bu potensialın reallaşdırılmasının parlaq nümunəsidir”
14.11.2018
Bakıda MDB daxili işlər orqanlarının iclası keçirilir
14.11.2018
Dövlət Komitəsinin nümayəndə heyəti Los-Ancelesdə görüşlər keçirib
14.11.2018
Qarabağa qanunsuz səfər edən Avropa Parlamentinin üzvü Albaniyada arzuolunmaz şəxs elan olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10469

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info