Şəmkirdə “Şəmkir Aqropark” Forumu keçirildi
Tarix: 16.01.2015 | Saat: 21:30:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilən Şəmkir çayı üzərində dəryaçanın inşası region üçün mühüm əhəmiyyətə malik olan “Şəmkir Aqropark”ın yaradılmasını şərtləndirib. İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu və Şəmkir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şəmkirdə aqropark layihəsinin təqdimatına dair forum keçirilib.
Forumun keçirilməsində əsas məqsəd təməli dövlət başçısı tərəfindən qoyulmuş “Şəmkir Aqropark”ında yaradılacaq istehsal və emal müəssisələrinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilməsi məsələlərinin müzakirə edilməsi idi.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində Şəmkir rayonunda da yeni istehsal və xidmət müəssisələrinin, sosial infrastruktur obyektlərinin yaradıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini qeyd etmiş, “Şəmkir Aqropark”ın yaradılmasının regionun iqtisadi potensialının reallaşdırılmasında əhəmiyyətini vurğulayıb.
“Şəmkir Aqropark” MMC-nin direktoru Zəfər Novruzov layihə barədə forum iştirakçılarına məlumat verib. Azərbaycanda ilk dəfə Şəmkir rayonunda 543 ha ərazidə yaradılmasına başlanılmış “Şəmkir Aqropark”da müasir istixana kompleksləri, şitilçilik, tingçilik və intensiv bağçılıq təsərrüfatları, meyvə və tərəvəz emalı zavodları, tara istehsalı fabriki, logistik və aqroservis mərkəzi, soyuducu anbar, “yaşıl market” və fermer mağazaları, avtopark, elmi araşdırma və innovasiyalar mərkəzi, otel və müxtəlif infrastruktur müəssisələri inşa olunacaq. Aqroparkın yaradılması regionda fəaliyyət göstərən fermerlərə məsləhət, texniki, aqroservis və logistika xidmətlərinin göstərilməsinə, müasir texnologiyaların tətbiq olunmasına, toxum, şitil, ting, dərman və gübrə ilə təmin olunmasına şərait yaradacaq, nəticədə yüksək məhsuldarlılığın və mənfəətliliyin təmin edilməsi stimullaşdırılacaq. Aqroparkda yaradılacaq təlim-tədris mərkəzi tərəfindən fermerlərə torpağın tərkibinə uyğun istifadə olunması və düzgün aqrotexniki qulluq göstərilməsi üzrə treninqlər keçiriləcək.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev qeyd etmişdir ki, dünyada, xüsusilə regionda davam edən neqativ iqtisadi meyillərə baxmayaraq, Azərbaycanda dövlət proqramları, layihələr, sahibkarlığa dövlət dəstəyi tədbirləri və s. əvvəlki illərdə olduğu kimi, tam həcmdə icra olunur. Bildirilmişdir ki, aqrar sektorun modernləşdirilməsi məqsədilə aqroparkların yaradılması əsas hədəflərdən hesab olunur. Azərbaycanda yaradılan aqroparkların əsas üstünlüyü isə burada dövlətin tam dəstək göstərməsidir. Belə ki, Şəmkirdə aqroparkın yaradılmasını şərtləndirən əsas amil Şəmkirçay dəryaçasının dövlət investisiyaları hesabına tikintisi və böyük torpaq sahələrinin suvarılmasının təmin olunmasıdır. “Şəmkir Aqropark”ın yaradılmasında da dövlət dəstəyinin göstərilməsi, eyni zamanda güzəştli kreditlərdən istifadə edilməsi, aqroservis xidmətlərinin təmin olunması da nəzərdə tutulur. Aqroparkların yaradılması ixrac coğrafiyasının daha da genişləndirilməsinə və həcminin artırılmasına, milli brendlərin formalaşdırılmasına, intensiv metodların tətbiqinə, istehsalçı, emalçı və istehlakçı arasında münasibətlərinin genişləndirilməsinə, yüksək məhsuldarlığa nail olunmasına və yeni iş yerlərinin açılmasına səbəb olacaq. Bildirilmişdir ki, aqroparkda yaradılacaq müəssisələrin maliyyələşdirilməsinin əsas hissəsi sahibkarların vəsaiti və bir hissəsi isə dövlətin güzəştli kreditləri hesabına həyata keçiriləcək.
Artıq digər regionlarda da aqroparkların yaradılması istiqamətində işlər aparılır.
Forum çərçivəsində aqroparkda yaradılacaq müəssisələrlə - logistik mərkəzin soyutma sistemlərinin quraşdırılması, qablaşdırma və çeşidləmə müəssisələri ilə İtaliyanın “Unitec” və “İsolcell”, Fransanın “MAF RODA” və Türkiyənin “Beta” şirkətləri arasında ilkin anlaşma memorandumları imzalanıb.

İlkin




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info