“Asiya ölkələri beynəlxalq münasibətlər sistemində”
Tarix: 16.01.2015 | Saat: 21:31:00 | E-mail | Çapa göndər


Bakı Dövlət Universitetinin “Beynəlxalq münasibətlər” kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Rza Talıbovun “Asiya ölkələri beynəlxalq münasibətlər sistemində” kitabı çap olunub. Kitabda Asiya ölkələrinin dünya siyasətində və beynəlxalq münasibətlər sistemindəki yeri, mövqeyi və əhəmiyyəti təqdim olunur. Müəllif, eyni zamanda, beynəlxalq münasibətlərin üzvi tərkib hissəsi olaraq Azərbaycan Respublikasının Asiya ölkələri ilə çoxcəhətli əlaqələrinə də kitabında geniş yer ayırıb. Bütövlükdə 6 bölmə, 27 yarım fəsildən ibarət olan 312 səhifəlik kitab “Nəticə” və ədəbiyyat siyahısı ilə tamamlanır. “Çin Xalq Respublikası beynəlxalq münasibətlər sistemində” adlanan birinci bölmədə ÇXR-in dünya siyasətində mövqeyi, həmçinin Asiya ölkələri ilə əlaqələrinə nəzər salınır. Azərbaycan-Çin əməkdaşlığı isə ayrıca yarım fəsildə geniş təhlil obyekti kimi çeşidli faktlarla araşdırılır. “Beynəlxalq münasibətlər və Yaponiya” bölməsi də maraqlı mövzular üzrə təqdim olunur. Burada dünya siyasətinin cazibə qüvvəsi kimi xarakterizə edilən Yaponiyanın ABŞ, ÇXR, Rusiya və digər Cənub-Şərqi Asiya ölkələri ilə əlaqələrindən geniş söhbət açılır. Əsərin müəllifi Rza Talıbov Azərbaycan-Yaponiya əməkdaşlığı məsələlərinə də ətraflı nəzər salır, ölkəmizin Yaponiya ilə siyasi-diplomatik əlaqələri, təhsil sahəsində əməkdaşlığı, turizm, səhiyyə və idman, eləcə də mədəni və ədəbi əlaqələrindən ətraflı bəhs edir.
Əsərin “Koreya Respublikası dünya siyasətində” adlanan xüsusi fəslində Koreya Respublikasının müasir beynəlxalq münasibətlər sistemində yeri, beynəlxalq təşkilatlardakı nüfuzu, dünya siyasətindəki mövqeyi, həmçinin Azərbaycanın Koreya ilə əlaqələri sistemli şəkildə təhlil olunur.
“Dünya siyasətində Sinqapur”, “Beynəlxalq münasibətlərdə Malayziya” və “Vyetnam Sosialist Respublikası dünya siyasətində” bölmələrində dünya siyasətində gedən proseslərin işığında Sinqapur, Malayziya və Vyetnam kimi ölkələr bir sıra aspektlər üzrə: siyasi-iqtisadi, eləcə də diplomatik və mədəni əlaqələr cəhətdən geniş elmi təhlil obyekti kimi seçilib. Qeyd olunan ölkələrin Azərbaycanla ikitərəfli və çoxşaxəli əməkdaşlıq məsələləri geniş araşdırmaya cəlb edilib.
Beləliklə, Rza Talıbov tərəfindən Azərbaycan Respublikasının Çin, Yaponiya, Koreya, Sinqapur, Malayziya və Vyetnam kimi Asiya ölkələri ilə əməkdaşlığına xüsusi diqqət yetirilməsi əsərin maraq doğuran cəhətlərindən birinə çevrilib. Kitabda ayrıca yarımfəsillərdə ölkəmizin qarşılıqlı iqtisadi, siyasi, diplomatik, eləcə də mədəni və ədəbi əlaqələri elmi təhlil süzgəcindən keçirilib. Müəllif Asiya ölkələrinin Azərbaycan Respublikası ilə əlaqələrindən bəhs edərkən bu istiqamətdə ölkəmizdə müstəqillik dövründə ardıcıl olaraq məqsədyönlü şəkildə həyata keçirilən dövlət siyasətinin əhəmiyyətini geniş şərh edib. Rza Talıbovun elmi qənaətində dünya siyasətinin əsas mərkəzlərindən birinə çevrilmiş Asiya ilə əməkdaşlıq Azərbaycan dövlətinin yeni tarixi epoxadakı aparıcı istiqamətlərindən biri kimi əsaslandırılıb.
Adları çəkilən region ölkələrinin tarixinə də qısa ekskurs edilən əsərdə Rza Talıbov çoxsaylı elmi və elmi-kütləvi mənbələrə istinad edərək məqsədyönlü şəkildə oxucuya dərinməzmunlu və hərtərəfli bilik vermək missiyasını uğurla yerinə yetirib. Kitabın mənbəşünaslıq bazası geniş və zəngindir.
Bakı Dövlət Universitetinin müəllimi Rza Talıbovun “Elm və təhsil” nəşriyyatında nəşr edilən “Asiya ölkələri beynəlxalq münasibətlər sistemində” kitabının elmi redaktoru tarix elmləri doktoru, professor Ağalar Abbasbəyli, rəyçilər isə tarix elmləri doktoru, professor Zeynal Həsənəliyev və hüquq üzrə fəlsəfə doktoru, dosent Mehriban Babazadədir.
Təqdim edilən kitab ali məktəblərin beynəlxalq münasibətlər ixtisasının tələbələri üçün dərs vəsaiti kimi nəzərdə tutulur. Bundan başqa, dərs vəsaitindən tədqiqatçılar, siyasətçilər, müəllimlər və tələbələr də istifadə edə bilərlər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info