“Avropanın soyuqdan donmaq ehtimalı yüksəkdir”
Tarix: 17.01.2015 | Saat: 00:06:00 | E-mail | Çapa göndər


Rusiyaya sanksiya tətbiqi məsələsində Almaniya və Yaponiyanın mövqeyi ABŞ-la üst-üstə düşmür
“Bir müddət əvvəl Rusiya açıq şəkildə bəyan edib ki, Avropaya qaz daha Ukrayna ərazisi vasitəsilə ixrac edilməyəcək. Yeni layihəyə əsasən Avropa ölkələri yalnız Türkiyə ərazisi vasitəsilə öz qaz təchizatlarını təmin edə bilərlər. Bütün bunlara rəğmən, belə görünür ki, bu il Avropanın soyuqdan donmaq ehtimalı yüksəkdir”.
Bu sözləri ABŞ-ın iqtisadi siyasət məsələləri üzrə keçmiş müşaviri Pol Kreyq Roberts öz rəsmi səhifəsində yazıb. Xatırladaq, ötən ilin dekabrında Rusiya Bolqarıstan vasitəsilə Avropaya mavi yanacaq ixracını nəzərdə tutulan “Cənub axını” layihəsindən imtina edib. Layihədən imtinaya müxtəlif don geyindirənlər olsa da, Rusiyanın bu addımı Avropa Birliyinin qeyri-konstruktiv mövqeyi və sanksiya siyasətinə görə atmasına şübhə yoxdur. Bu günlərdə "Qazprom" rəhbəri Aleksey Miller Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviçi məlumatlandırıb ki, Avropaya əvvəllər Ukrayna vasitəsilə nəql edilən qazın bütün həcmi bundan sonra Türkiyə istiqamətinə yönəldiləcək. Buna cavab olaraq AK vitse-prezidenti qərardan çox təəccübləndiyini deyib: “Məncə, qazın belə həcmdə verilməsinə nə Türkiyənin, nə də Cənub-Şərqi Avropa ölkələrinin ehtiyac yoxdur”. Qeyd edək ki, Avropada baş verən son olaylar bunları deməyə əsas verir ki, Avropa Birliyi Rusiyaya qarşı tətbiq edilmiş sanksiyaların aradan qaldırılmasında maraqlıdır. “RİA Novosti”nin məlumatına görə, sanksiyalar əleyhinə hər hansı bir addım atılmasının mümkünlüyünü Avropa Birliyinin komissarı Yohannes Han da etiraf edib. Lakin o bildirib ki, belə bir addım Rusiya Minsk sazişlərini həyata keçirəcəyi təqdirdə baş verə bilər: “Minsk sazişinə imza atanlar sazişin bütün istiqamətlərdəki müddəalarına riayət etməlidirlər”. Yohannes Han əlavə edib ki, bütün qapılarını açıq saxlayan avrozona sanksiyalara qarşıdır.
Öz növbəsində Almaniya kansleri Angela Merkel də “Frankfurter Allgemeine Zeitung” qəzetinə verdiyi müsahibədə deyib ki, Avropa Birliyi yeni sanksiyalar hesabına Rusiyada sabitliyi pozmaq niyyətində deyil. “Röyters” agentliyinin verdiyi başqa bir xəbər görə, Merkel Rusiya prezidenti Putinin “G7”nin gözlənilən zirvə sammitində iştirakı imkanını istisna etməyib . Haşiyə çıxaraq qeyd etmək yerinə düşər ki, son vaxtlar Yaponiya hökuməti də Rusiya ilə dialoq qurmaqda maraqlı görünür. Bu barədə məlumat verən “Kyodo” yapon xəbər agentliyi ABŞ-ın Rusiyaya qarşı sanksiyaların genişləndirilməsindəki israrına rəğmən, Yaponiya sanksiyaların aradan qaldırılmasına tərəfdardır.: “Yaponiya dövləti belə hesab edir ki, Amerikanın mövqeyi ötən ilin noyabrında Pekində razılaşdırılmış Rusiya prezidentinin Yaponiyaya rəsmi səfərinə təsir göstərə bilər”.
Ağasəf BABAYEV




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
İraqın şimalında 19 terrorçu zərərsizləşdirilib
14.11.2018
Jan-Klod Yunkerin xələfi olmağa ən şanslı namizəd kimdir?
13.11.2018
Tramp Makronu hədəfə aldı: “ABŞ gəlməsəydi artıq Parisdə almanca öyrənməyə başlamışdınız”
13.11.2018
Litvada prezident seçkiləri kampaniyası başlanıb
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info