“20 Yanvar türk dünyasının yaşadığı ən acı günlərdən biridir”
Tarix: 19.01.2015 | Saat: 15:24:00 | E-mail | Çapa göndər


Türkiyə Böyük Millət Məclisinin Səhiyyə, ailə, əmək və sosial işlər komissiyasının sədri, Azərbaycanla dostluq qrupunun rəhbəri Necdət Ünüvar 20 Yanvar hadisəsinin 25-ci ildönümü ilə əlaqədar açıqlama ilə çıxış edib.
Açıqlamada deyilir:
“20 yanvar 1990-cı il günü türk dünyasının yaşadığı ən acı günlərdən biridir. Azərbaycanlı qardaşlarımızın dediyi kimi, Qara Yanvar bizim üçün də qara gündür. Yanvarın 13-də baş verən qətlləri dayandırmaq iddiası ilə yanvarın 20-də Baklıya daxil olan sovet ordusu xalqın yuxuda olduğu soyuq bir gecəni seçərək xalqın ən zəif anından faydalanıb və 131 nəfəri amansızlıqla qətlə yetirib. Məqsəd etirazlara başlayan azərbaycanlıları dayandırmaq, onları cəzalandırmaq, yüksələn millətçiliyin qarşısını almaq və SSRİ-nin müstəqillik üçün ayağa qalxa biləcək digər xalqlarına göz dağı vermək idi. Ancaq bu taktika nəticə vermədi və sovet idarəçiliyi altındakı Azərbaycanda və digər türk xalqları arasında millətçilik gücləndi, müstəqillik tələbi yeni vüsət aldı və Sovet İttifaqının çöküşü sürətləndi.
Qara Yanvar olayı azərbaycanlı qardaşlarımız üçün günəşin doğmasından öncəki ən qaranlıq an olub. Bu olayların ardından çox vaxt keçmədən Azərbaycan dövləti layiq olduğu müstəqilliyi yenidən əldə edib. Biz Azərbaycanla bir millət, iki dövlət olaraq bu acıları birlikdə yaşamış və birlikdə üzülmüşük. 20 Yanvar hüzn günündə bütün Azərbaycan və türk millətinin başı sağ olsun deyir, bu qətliamda həlak olan bütün qardaşlarımıza bir daha Allahdan rəhmət diləyirəm”.




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Bəzi parlamentarilər məsələnin məğzinə varmadan Azərbaycanın imicinə xələl gətirmək istəyirlər
21.01.2019
Müxalifət niyə ictimai asayişin pozulmasında maraqlıdır?
21.01.2019
Xaotik, zəif, sistemsiz aksiya: radikal qrupların sosial bazası yoxdur
21.01.2019
“Prezident məhkum Mehman Hüseynovun işinin obyektiv və ədalətli araşdırılması ilə bağlı tapşırıq verib”
21.01.2019
Hüquq müdafiəçiləri Mehman Hüseynovla bağlı Prezidentə müraciət edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info