İran ABŞ-ı təhlükəli “oyun” oynamaqda ittiham etdi
Tarix: 19.01.2015 | Saat: 15:34:00 | E-mail | Çapa göndər


“Əgər Amerika müzakirələrdə nəticə əldə etmək istəyirsə, tez bir zamanda İrana qarşı təhlükəli təzyiq oyunundan əl çəkməlidir”. Bu sözləri İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün səhər Tehranda jurnalistlərin suallarını cavablandırarkən deyib. Bu barədə Fars agentliyi məlumat yayıb. M.C.Zərif Davosda keçiriləcək Dünya İqtisadi Forumunda və Münhen Təhlükəsizlik Konfransında iştirak edəcəyini və bu iclaslar çərçivəsində 5+1 ölkələrin XİN başçıları ilə yenidən görüşəcəyini bildirib.
Zərif ABŞ-ın dövlət katibi Con Kerri ilə də görüşü olacağını istisna etməyib. İran XİN başçısı deyib ki, qarşı tərəf siyasi iradəsi və xoşməramlılıq nümayiş etdirərsə, nüvə proqramı üzrə danışıqlarda razılıq əldə etmək üçün bir həftə də bəs edər. M.C.Zərif həmçinin İsrailin Suriya sərhədində “Hizbullah” qüvvələrinə qarşı hücumunu pisləyib.
Xatırladaq ki, İran və dünyanın altı lider dövləti 2013-cü il noyabrın 24-də Tehranın nüvə proqramı üzrə danışıqlarda irəliləyişə nail olublar. Tərəflər Cenevrədə özündə İrana qarşı nüvə sanksiyalarının bir qədər yüngülləşdirilməsini ehtiva edən birgə fəaliyyət planı imzalayıblar. 2014-cü il yanvar ayının ikinci yarısından isə həmin planın icrasına başlanılıb. Hazırda hərtərəfli razılıq üçün İran və "altılıq" ölkələri arasında danışıqlar davam etdirilir. Sonuncu dəfə İran və "5+1" ölkələri arasında müzakirələr yanvarın 18-də baş tutub.
Qeyd edək ki, "altılığ"a ("5+1" qrupu) Rusiya, ABŞ, Çin, Fransa, Böyük Britaniya və Almaniya daxildir. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi danışıqlarda "3+3" qrupunun əlaqələndiricisidir.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
Afinada Rusiya səfirliyinin qarşısındakı polislərə qumbara atılıb
22.03.2019
Çində kimyəvi zavodda partlayış nəticəsində ölənlərin sayı 44-ə çatıb
22.03.2019
Almaniyanın sabiq rəhbərlərinin pensiyaları azaldıla bilər
20.03.2019
İsveçrə portalında Novruz bayramı haqqında yazı yerləşdirilib
20.03.2019
Terror təşkilatı PKK tərəfdarlarının Kölndə işğal təşəbbüsü

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 “Bahar“ Qadınlar İnkişaf Qrupuna müasir tikiş maşınları verilib
5 Fransız heykəltəraş Mauro Kordanın sərgisi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info