20 Yanvar hadisələri Pakistan mətbuatında
Tarix: 19.01.2015 | Saat: 15:40:00 | E-mail | Çapa göndər


Pakistanın diplomatik çevrələrində nüfuz sahibi olan ingilisdilli “Diplomatik Star” jurnalında tanınmış jurnalist Möhsin Əlinin 20 Yanvar hadisələrinə həsr edilmiş “20 Yanvar: Müstəqilliyə aparan qanlı yol” adlı məqaləsi dərc olunub.
Azərbaycanın Pakistandakı Səfirliyindən bildiriblər ki, məqalədə Azərbaycan xalqının hər ilin 20 Yanvar tarixində həmin gün 1990-ci ildə baş vermiş hadisələri yad etdikləri bildirilib. Jurnalist öz yazısında, 20 Yanvar hadisəsindən öncə cərəyan edən hadisələri nəzərdən keçirib. Bildirib ki, 80-ci illərin ikinci yarısında Sovet İttifaqında yaranmış vəziyyətdən erməni millətçiləri sui-istifadə edərək Azərbaycanın Dağlıq Qarabağ əyalətinin Ermənistana birləşdirmək niyyətləri olub və bu məkrli istəklərini həyata keçirtmək üçün SSRİ rəhbəri M.Qorbaçovun dəstək alıblar. Daha sonra, Ermənistanda keçirilən etnik təmizləmə siyasəti nəticəsində 1988–ci il ərzində oradan yüz minlərlə azərbaycanlının zorla sürgün edildiyi, onların bəzilərinin xüsusi amansızlıqla qətlə yetirildiyi vurğulanıb, buna etiraz əlaməti olaraq məqalədə azərbaycanlıların Bakı və digər şəhərlərin meydanlarına axışaraq kommunist rejiminə etimadsızlıq göstərməsi və müstəqil Azərbaycan şüarları ilə çıxış etmələri məqalədə qeyd edilib.
Məqalədə 1990-cu ilin yanvarın 20-də Sovet ordusunun böyük kontingentinin Bakıya daxil edildiyi və silahsız insanlara atəş açdığı və törədilmiş vəhşiliklər haqqında ətraflı məlumat verilib. Bu aksiyanın SSRİ və Azərbaycan SSR-nin konstitusiyalarına və insan hüquqları haqqında beynəlxalq paktın müddəaları ilə ziddiyyət təşkil edildiyi vurğulanıb. Möhsin Əli, əməliyyatdan öncə Azərbaycan Televiziyasının enerji blokunun partladılması nəticəsində insanlar informasiyadan təcrid olduqları, fövqəladə vəziyyətin ordunun atəş açmasından 7 saat sonra elan edildiyi bildirib və əməliyyatın əsl məqsədinin müstəqillik həsrəti ilə yaşayan Azərbaycan xalqına dərs vermək niyyəti olduğunu qeyd edib.
Pakistanlı jurnalistin məqaləsində ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedib, həyatına olan təhlükəyə baxmayaraq, nitq ilə çıxış edərək bu amansız aksiyanı qəti tənqid etməsi, Bakıda cərəyan edən hadisələr ətrafında yaranmış informasiya blokadasını yarması və azərbaycanlıların ürəyində inam hissinin daha da gücləndirməsi və nəticə etibarı ilə mərkəzi Sovet rəhbərliyinin planlarını alt-üst etməsi vurğulanıb. Yazıda şəhidlərin dəfn mərasimində bir milyonda çox insanın iştirak etməsi və bütün Azərbaycanın 40 gün ərzində SSRİ rəhbərliyinə itaətsizlik göstərməsi faktlarını buna sübut kimi göstərilib.
Yazar, yanvar hadisələrinin Azərbaycanın müasir tarixində dönüş nöqtəsinin və Sovet İttifaqının süqutunun başlanğıcı olduğunu bildirib, 18 Oktyabr 1991-ci ildə Azərbaycanın öz müstəqilliyini elan etdiyini vurğulayıb. Möhsin Əli, Azərbaycanın Prezidenti Heydər Əliyevin 16 Dekabr 1999 il tarixli fərmanı ilə 20 yanvar qurbanlarına “20 Yanvar şəhidləri” statusunun verildiyini qeyd edib.
Məqalənin sonunda Pakistanın Pəncab əyalətinin Qucurxan bölgəsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən 20 Yanvar şəhidlərinin xatirəsinə su təchizatı layihəsinin icra edildiyi qeyd olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Sabahın hava proqnozu açıqlanıb
19.01.2019
Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info