ADDIM-çı gənclər 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər
Tarix: 19.01.2015 | Saat: 16:09:00 | E-mail | Çapa göndər


“Addım” Gənclər Təşkilatının nümayəndələri "Mənim 25 yaşım var" layihəsi çərçivəsində Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər. Ziyarətdə ADDIM-ın sədri Hüseyn Cavadzadə başda olmaqla bütün işçi heyəti, üzvlər və könüllü gənclər iştirak edib. Təşkilatın sədr müavini Aynur Salmanovanın verdiyi məlumata görə, ziyarət zamanı ADDIM-çılar şəhidlərin məzarlarına qərənfillər qoyub, 1 dəqiqəlik sükutla şəhidlərin xatirəsini anıblar. Sonda isə tədbirə qoşulan Abdulla Şaiq adına Dövlət Kukla Teatrının azyaşlı üzvləri 20 Yanvarda həlak olan 131 şəhidin xatirəsinə simvolik olaraq 131 qara şarı havaya uçurublar.
Qeyd edək ki, 20 Yanvar faciəsinin 25 illiyinə həsr olunan “Mənim 25 yaşım var!” şüarı ilə həyata keçirilən layihənin əsas hissəsi 20 yanvar tarixində sosial media üzərində həyata keçiriləcək. Belə ki, təşkilat üzvləri əsasən dünya KİV-ləri və sosial mediada 20 Yanvar faciəsinin tarixi ilə bağlı müxtəlif dillərdə elektron broşürlar paylaşacaqlar. Təşkilat rəhbərliyi məhz bu tarixdə gənclərimizi səfərbər olub, müstəqilliyimiz yolunda xalqımızın keçdiyi ləyaqətli tarixi bütün dünya ictimaiyyətinə tanıtmağa çağırıb.

Fuad




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Türkcə “Vikipediya”da Azərbaycanla bağlı məqalələrin yaradılması prosesi sürətlənir
21.11.2018
Sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi istiqamətində görülən tədbirlər müzakirə edilib
21.11.2018
Bakıda Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu işə başlayıb
21.11.2018
YAP-ın yaranmasının 26 illiyi ilə əlaqədar Pirallahıda tədbir keçirilib
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info